Vətən Müharibəsindən sonra mina qurbanlarının sayı 369 nəfərə çatıb | 1news.az | Xəbərlər
Siyasət

Vətən Müharibəsindən sonra mina qurbanlarının sayı 369 nəfərə çatıb

Qafar Ağayev13:41 - 21 / 06 / 2024
Vətən Müharibəsindən sonra mina qurbanlarının sayı 369 nəfərə çatıb

Mina təhlükəsi ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək vacibdir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşımda qeyd olunub.

"Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatına son qoymağa davam edir! Dünən və bu gün ANAMA-nın bir əməkdaşı Ermənistan tərəfindən yerləşdirilən minaların partlaması nəticəsində həlak olub, bir neçəsi isə ağır yaralanıb. Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib.

Bu ölümcül təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək insan həyatının qorunması naminə həmişəkindən daha vacibdir", paylaşımda vurğulanıb.

Paylaş:
438

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər