ICESCO-nun baş katibi: Azərbaycanla tərəfdaşlığı genişləndirmək üçün əlimizdən gələni edəcəyik | 1news.az | Xəbərlər
Siyasət

ICESCO-nun baş katibi: Azərbaycanla tərəfdaşlığı genişləndirmək üçün əlimizdən gələni edəcəyik

14:21 - 25 / 06 / 2024
ICESCO-nun baş katibi: Azərbaycanla tərəfdaşlığı genişləndirmək üçün əlimizdən gələni edəcəyik

"Bu tədbirin keçirilməsi üçün göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm".

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ICESCO-nun baş katibi Səlim Əl-Malik Şuşa şəhərində keçirilən "By Youth for Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumundakı çıxışı zamanı deyib.

O, gələcəkdə Azərbaycanla tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutduqlarını bildirib: "Bunun üçün əlimizdən gələni edəcəyik. Bu il Azərbaycanda keçiriləcək COP29 tədbirində də iştirak etmək istəyirik".

Baş katib Şuşa şəhərinə səfər etdiyi üçün xoşbəxt olduğunu söyləyib: "Burada olmaq möhtəşəmdir. Biz dünyada sülhü qorumaq üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, forum öz işinə 26-27 iyunda Bakı şəhərində gənclərin iştirakı ilə panel müzakirələr və təqdimatlarla davam edəcək. Dünyanın dörd qitəsindən gələn iştirakçılar Azərbaycanın zəngin multikultural tarixi və mədəniyyəti, ali təhsil müəssisələri ilə tanış olacaqlar.

Paylaş:
467

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər