Azərbaycan Ordusu sağlam gəncliyin yetişməsində xüsusi rola malikdir | 1news.az | Xəbərlər
Köşə

Azərbaycan Ordusu sağlam gəncliyin yetişməsində xüsusi rola malikdir

14:57 - 25 / 06 / 2024
Azərbaycan Ordusu sağlam gəncliyin yetişməsində xüsusi rola malikdir

Bu, real həqiqətdir ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.

Çünki müstəqil dövlətin nüfuzu iqtisadi və siyasi potensialı ilə yanaşı, onun malik olduğu ordunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir.

Əminliklə deyə bilərik ki, milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin 1969-cu ildə Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Liderin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Heydər Əliyev 1971-ci ildə böyük çətinliklərlə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu Öndər Heydər Əliyevin sayəsində gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olmaları mümkün oldu.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdi. Yalnız 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə ordu quruculuğu prosesinini davam etdirdi. 1994-cü il may ayının 12-də “Bişkek protokolu” imzalandıqdan sonra Azərbacanda Milli Ordunun formalaşması daha da sürətləndi.

Ulu Öndərin vurğuladığı kimi, “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.” Beləliklə, həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı, nəticədə Azərbaycan ordusu kifayət qədər təşkilatlanmış böyük bir qüvvəyə çevrildi.

Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlər son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə uğurla davam etdirildi. Belə ki, Silahlı Qüvvələrimizin istər peşəkar hazırlığı, maddi-texniki bazası daha da möhkəmləndirildi, istərsə də hərbi qulluqçular, əsgərlərimizin sosial müdafiəsi sahələrində bir sıra zəruri tədbirlər həyata keçirildi, ümumilikdə ölkənin müdafiə xərcləri əhəmiyyətli dərəcədə artırıldı.

Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik” sözləri öz təsdiqini əməli işdə tapdı. Məhz bunun məntiqi nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi, 2020-ci ildə Ali Baş Komandanın əmrini – ən şərəfli missiyasını 44 gün müddətində dünya hərb tarixində görülməmiş peşəkarlıqla yerinə yetirərək, 30 il həsrətində olduğumuz doğma Qarabağımızın işğaldan azad olunmasını həyata keçirdi, 2023-cü ildə isə suverenliyimizi tam bərpa etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbələrinin şahidi oldu.

Artıq müasir Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir. Vətən Müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi, eyni zamanda hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı.

Bu gün müzəffər silahlı qüvvələrimiz torpaqlarımızın, ölkə müstəqilliyinin qorunması ilə yanaşı olaraq, eyni zamanda yeni dönəmin Azərbaycan gəncliyinin həyata hazırlıq prosesi, təlim-tərbiyəsi, davranış, nizam-intizam qaydalarının forlamaşması və öyrənilməsində xüsusi rola malikdir. Bu da öz növbəsində milli-mənəvi və ailə dəyərlərinin qorunması, eləcə də dövlət quruculuğu prosesində özünü əhəmiyyətli dərəcədə biruzə verir.

Nəzərə alsaq ki, yeni nəslimizin məsuliyyəti hal-hazırda əvvəlkindən daha ağırdır, gəncliyimiz, o cümlədən Azərbaycan əsgəri də daha sağlam olmalıdır.

Qeyd edim ki, 26 iyun tarixi, eyni zamanda, beynəlxalq təqvimdə Birləşmiş Millətlər Təşkilatının xüsusi günü – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Azərbaycanda sağlam gəncliyin yetişdirilməsi, peşəkar Ordunun formalaşdırılması, zərərli və bihuşedici vərdişlərin aradan qaldırılması, qeyri-qanuni fəaliyyət növlərinin məhdudlaşdırılması istiqamətində hökumət tərəfindən əməli tədbirlər görülür.

Beləliklə, 26 iyun tarixi bizə onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi məsuliyyətini dərk edərək, sağlam, savadlı və hər zaman Ali Baş Komandanın çağırışlarına hazır olmalı, Vətən qarşısındakı vəzifələrini şərəflə yerinə yetirməli, ləyaqətli vətəndaş olaraq Azərbaycanın davamlı inkişafında iştirakçılığını təmin etməlidir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
230

Son xəbərlər

Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb29 / 06 / 2024, 14:52Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb29 / 06 / 2024, 14:36Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək29 / 06 / 2024, 14:184 saylı doğum evinin mama-ginekoloqu rüşvətə görə işdən çıxarılıb29 / 06 / 2024, 13:46Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə əməkdaşlıq perspektivlərini müzakirə edib29 / 06 / 2024, 13:22Sabahın hava proqnozu açıqlanıb29 / 06 / 2024, 12:58Bakıda fermadan “Makarov” oğurlanıb, oğru və ferma sahibini polis saxlayıb - FOTO29 / 06 / 2024, 12:36Qubada qanunsuz tikintinin qarşısı alınıb29 / 06 / 2024, 12:22Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri29 / 06 / 2024, 12:06Astarada 16 yaşlı qız asılı vəziyyətdə tapılıb - YENİLƏNİB29 / 06 / 2024, 11:41
Bütün xəbərlər