Dövlət başçısı bəzi hərbi qulluqçulara ali hərbi rütbə verdi | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət başçısı bəzi hərbi qulluqçulara ali hərbi rütbə verdi

Qafar Ağayev22:23 - 25 / 06 / 2024
Dövlət başçısı bəzi hərbi qulluqçulara ali hərbi rütbə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

1news.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə

“general-mayor” hərbi rütbəsi

polkovnik Həsən Əli oğlu Əlövsədova

polkovnik Vilayət Bərxuda oğlu Quluyevə".

Paylaş:
404

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər