Dənizçi Günü ilə əlaqədar “Xocalı – Adımız qürurumuzdur” adlı film hazırlanıb - VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Dənizçi Günü ilə əlaqədar “Xocalı – Adımız qürurumuzdur” adlı film hazırlanıb - VİDEO

Qafar Ağayev11:28 - 25 / 06 / 2024
Dənizçi Günü ilə əlaqədar “Xocalı – Adımız qürurumuzdur” adlı film hazırlanıb - VİDEO

25 İyun – Dənizçi Günü ilə əlaqədar “Xocalı – Adımız qürurumuzdur” adlı film hazırlanıb.

1news.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İctimaiyyətlə əlaqələr departamenti tərəfindən ərsəyə gətirilən film bu il istismara verilən və ASCO-nun quru yüklərin daşınmasında yeni seqmentə daxil omasını şərtləndirən “Handysize” tipli “Xocalı” gəmisinə həsr olunub.

Yaradıcı heyət Çinə ezam olunaraq gəminin istismara verilməsi çərçivəsində görülən işləri, eyni zamanda “Xocalı”nın ümumi imkanlarını əks etdirən kadrları lentə alıb. Film ərzində müsahiblər gəminin alınması prosesindən, onun özəlliklərindən, ölkəmizin dəniz nəqliyyatı sahəsinə verəcəyi töhfədən, daşıyacağı yüklərdən, üzəcəyi sular və daxil olacağı limanlardan danışıblar.

Bununla belə, “Xocalı – Adımız qürurumuzdur” filmində yalnız sözügedən gəmi deyil, ümumilikdə ölkəmizdə dəniz nəqliyyatı sahəsinin hazırkı inkişafına da toxunulub. Prezident İlham Əliyevin qayğısı ilə son illərdə donanmaların zənginləşməsi, ASCO-nun Xəzər dənizi ilə yanaşı, Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi istiqamətində atılan addımlardan bəhs olunub.

Paylaş:
859

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər