Dövlət Xidmətində daşıma şirkətlərinin nümayəndələri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Xidmətində daşıma şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Qafar Ağayev12:59 - 01 / 07 / 2024
Dövlət Xidmətində daşıma şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xaricdən sifariş olunan malların istehlakçılara çatdırılması xidmətini həyata keçirən sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.

1news.az xəbər verir ki, görüş zamanı iştirakçılara istehlakçılardan daxil olmuş müraciətlər, habelə mediada yayılmış məlumatlar əsasında Dövlət Xidməti tərəfindən aparılmış araşdırmaların nəticələri barədə məlumat verilib. Bildirilib ki, istehlakçıların hüquqlarının pozulması halları daha çox bağlamaların öncədən bəyan edilən müddətdə və düzgün çatdırılmaması, daşıma tariflərinin qanunvericiliyin tələblərinə uyğun göstərilməməsi, o cümlədən sifariş verilən məhsulların qüsurlu çatdırılması ilə bağlı olub. Vurğulanıb ki, müraciətlər arasında hesablanmış daşıma haqqının şirkət tərəfindən tətbiq edilən tariflərə uyğun olmaması, çatdırılması həyata keçirilməyən və ya şirkət tərəfindən itirilmiş bağlamaların dəyərinin geri qaytarılmamasına dair hallara rast gəlinib.

Tədbir zamanı təqdim olunan xidmətlərin qiymətlərinin manatla göstərilməsi, daşıma tarifləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verilməsi və fəaliyyətləri zamanı istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirilməsinin zərurilyi sahibkarların diqqətinə çatıdırılıb. Maarifləndirici görüşdə sahibkarların öhdəlikləri diqqətə çatdırılıb, müvafiq sahədə qanunvericiliyin tələbləri barədə ətraflı izahlar verilərək, onların sualları cavablandırılıb və fəaliyyətlərində nöqsanların aradan qaldırılması tövsiyə edilib. Bundan əlavə, istehlakçı yönümlü davranış sərgiləməklə xidmətalma mühitinin formalaşdırılması və müştəri məmnuniyyətinin təmin olunmasının vacibliyi qeyd olunub.

Bildirilib ki, Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində həyata keçirilən tənzimləyici tədbirlər norma və qaydalara riayət olunmasına, mal, iş və xidmətlərin keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunlaşdırılmasına hədəflənib.

Sonda istehlakçıların mənafelərinin qorunması istiqamətində sahibkarların rolunun artırılması, bu sahədə cari vəziyyət və qarşıda duran məsələlər haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Paylaş:
180

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər