Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO

15:17 - 02 / 07 / 2024
Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO

Vətən müharibəsi iştirakçısı Novruzov Haxverdi Qədrəddin oğlunun sizin yardımınıza ehtiyacı var.

Bu barədə mart ayında saytımızda xəbər yayımlansa da, müalicə üçün lazım olan məbləğin bir hissəsi hələ də toplanmayıb.

Buna görə də müharibə iştirakçısının anası Gülsara Novruzova redaksiyamıza yenidən müraciət edərək imkanı çatan hər kəsdən kömək istəyib:

“Oğlum qəza keçirib. Qəza zamanı qabırğaları sınıb, ağ ciyəri zədələnib və beyninə qan sızıb. Nəfəs almada çətinlik çəkdiyindən bir müddət xüsusi aparata qoşulub. Ayılanda bizi tanımamışdı. Bununla bağlı nevroloji müalicələr alırdı, lakin qəfil ciyərlərində yenidən problemlər yaranmağa başladı. Nəfəsi xırıltılıdır və güclə nəfəs alır. Həkim nəfəs aparatında çox qaldığı üçün nəfəs borusunun tutulduğunu dedi.

Son vaxtlar vəziyyəti lap ağırlaşıb. Gecələr lap pis vəziyyətə düşür. Bizə həkimlər dedilər ki, burda lazımi təchizat yoxdur, əməliyyat etsək, masada qala bilər. Maraqlanmışıq və Antalyadakı xəstənaxanada əməliyyat üçün lazımi təchizatın olduğunu öyrənmişik. Buna görə də onu Türkiyəyə aparmaq istəyirik.

Yoldaşım fəhlə işləyir. Bilmir, bizi dolandırsın yoxsa dərmanları alsın. Dolanışığımızı da gəlib görə bilərsiniz, çox pis vəziyyətdəyik. Oğlum çox pis haldadır. Deyir, kaş müharibədə şəhid olaydım, amma bu zülmü çəkməzdim. Xahiş edirəm, oğluma kömək edin. Allah yaxşılığınızı cavabsız qoymaz”.

Əlaqə nömrəsi: 077 325 87 17

Kart nömrəsi: 4098 5844 9623 3485 (Leobank)

Paylaş:
724

Son xəbərlər

Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBu gün, 09:46Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:44
Bütün xəbərlər