Prezident Merih Demirala qarşı tətbiq edilən cəzanı ədalətsiz adlandırıb, Türkiyə millisinə uğurlar arzulayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Merih Demirala qarşı tətbiq edilən cəzanı ədalətsiz adlandırıb, Türkiyə millisinə uğurlar arzulayıb

10:10 - 06 / 07 / 2024
Prezident Merih Demirala qarşı tətbiq edilən cəzanı ədalətsiz adlandırıb, Türkiyə millisinə uğurlar arzulayıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev rəsmi "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!", - dövlət başçısı qeyd edib.

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər