Azərbaycanın basketbolçu qızları Ermənistan yığmasını məğlub etdi | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın basketbolçu qızları Ermənistan yığmasını məğlub etdi

Qafar Ağayev17:04 - 09 / 07 / 2024
Azərbaycanın basketbolçu qızları Ermənistan yığmasını məğlub etdi

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ilk matçına çıxıb.

1news.az Azərbaycan Basketbol Federasiyasına (ABF)istinadən xəbər verir ki, Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin ilk qrup oyunu baş tutub.

A qrupunda qərarlaşmış millimizin ilk rəqibi Ermənistan seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız, rəqib Ermənistan yığmasını 86-59 hesablı acı məğlubiyyətə uğradıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 6 ribaund) seçilib. Millimizin qrupdakı növbəti oyunu 10 iyul Bakı vaxtı ilə saat 12:30-da Gürcüstan yığmasına qarşı olacaq.

Paylaş:
1156

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər