Bu ilin ilk yarısında əmək müqavilələrinin sayı 43 min artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu ilin ilk yarısında əmək müqavilələrinin sayı 43 min artıb

Qafar Ağayev10:55 - 09 / 07 / 2024
Bu ilin ilk yarısında əmək müqavilələrinin sayı 43 min artıb

Bu ilin yanvar-iyun ayları ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 43 min müqavilə və ya 2,4 faiz artaraq 1 mln. 851 min 588-ə çatıb.

Bu barədə 1news.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Son 6 ayda əməkhaqqı fondunda daha 4,9 faiz artım qeydə alınıb.

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər