ABS-nin nümayəndələri ASCO-da olublar - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABS-nin nümayəndələri ASCO-da olublar - FOTO

Qafar Ağayev15:42 - 11 / 07 / 2024
ABS-nin nümayəndələri ASCO-da olublar - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) nümayəndələri ilə görüş keçirilib.

1news.az xəbər verir ki, ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev ilə “ABS Wavesight” şirkətinin Biznesin inkişafı üzrə vitse-prezidenti Richard Pride, şirkətin Peşəkar xidmətlər üzrə direktoru Saqib Kasim, ABS-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Guy Laureys və “ABS Wavesight”in Biznesin inkişafı üzrə baş menecer Alistair McConnachie ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivlərindən danışıblar. Onlar “ABS Wavesight”ın təqdim etdiyi müxtəlif rəqəmsal həllərin ASCO gəmilərində tətbiqinə dair fikir mübadiləsi aparıblar.

Bu gün həmçinin “ABS Wavesight”ın nümayəndələri öz məhsulları barədə ASCO-nun aidiyyatı rəhbər şəxsləri və əməkdaşlarına da geniş təqdimat ediblər.

Təqdimat zamanı qeyd olunub ki, “ABS Wavesight” “My Digital Fleet”, “Nautical Systems”, “eLogs” kimi müxtəlif innovativ donanma idarəetmə proqram təminatı təqdim edən qlobal şirkətdir və bugün şirkətin xidmətlərindən dünyada 5000-dək gəmidə istifadə edilir.

Şirkət əməkdaşları onu da bildiriblər ki, “Nautical Systems”in məhsulu olan “NSE” proqram təminatı hazırda ASCO-nun 10 gəmisində uğurla tətbiq olunur. Bu proqram əsas prosesləri avtomatlaşdırmaqla, eləcə də əməliyyat və istismar göstəricilərini real vaxt rejimində görməklə təşkilatlara daha səmərəli fəaliyyət göstərməyə kömək edən, mərkəzləşmiş bulud texnologiyası üzərindən biznesin idarə edilməsi həllidir.

Təqdimatın sonunda ASCO əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
436

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər