ABŞ Dövlət Departamenti: Azərbaycan və Ermənistan Vaşinqton görüşündə irəliləyiş əldə edib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Dövlət Departamenti: Azərbaycan və Ermənistan Vaşinqton görüşündə irəliləyiş əldə edib

Qafar Ağayev09:55 - 16 / 07 / 2024
ABŞ Dövlət Departamenti: Azərbaycan və Ermənistan Vaşinqton görüşündə irəliləyiş əldə edib

ABŞ Azərbaycan və Ermənistanın sülh sazişi məsələsindəki nailiyyətlərini davam etdirməsi üçün əlindən gələni əsirgəməyəcək.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ənənəvi brifinqdə deyib.

Bununla belə o, təmsil etdiyi qurumun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşün detallarını açıqlamayıb:

“Onu deyə bilərəm ki, tərəflər sülh sazişinin əldə olunması istiqamətində uzun yol qət edib. Biz isə bundan sonra da bu müzakirələrin davamını təşviq edəcəyik. Hər iki dövlətin imzalayacağı sülh müqaviləsi həm onların özünə, həm də regionda təhlükəsizliyə fayda verə bilər. Biz hesab edirik ki, sülh razılaşmasının imzalanması üçün tərəflər çətin seçim etməli, əsaslı kompromislərə gedilməlidir. Buna görə də biz onlar arasındakı fikir ayrılıqlarının aradan qaldırılması və sülh razılaşmasının əldə olunması istiqamətində çalışacağıq. Vaşinqton görüşündə biz irəliləyiş əldə etsək də, mən təfərrüatları açıqlamaq istəmirəm. Lakin hələlik sülh müqaviləsi imzalanmayıb və biz buna nail olanadək həmin istiqamətdə çalışmağa davam edəcəyik”.

Paylaş:
463

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər