Paşinyanın İran səfərindəki kodlar - Tural İsmayılov yazır | 1news.az | Xəbərlər
Köşə

Paşinyanın İran səfərindəki kodlar - Tural İsmayılov yazır

16:52 - 31 / 07 / 2024
Paşinyanın İran səfərindəki kodlar - Tural İsmayılov yazır

İran-Ermənistan “müttəfiqliyinin” siyasi mənzərəsi ciddi suallar yaradır.

Burada ziddiyətli siyasi məqamlar var ki, bunun həm tarixi aspektləri, həm çağdaş siyasi mənzərəsi, həm də sosioloji tərəfləri var. İran Ermənistanın güclü formada mövcudluğunun tərəfdarıdır.

Baxmayaraq ki, Ermənistanın özəlliklə son 5 ildəki xarici siyasət vektoru daban-dabana rəsmi Tehranın mövqeyi ilə ziddir, yenə də İran Ermənistandan hər an yararlanacaq baxışlara malikdir. Maraqlı məqam odur ki, İran 1979-cu ildən bu yana kollektiv Qərb zehniyyətini dövlətçilik problemi kimi şərh edir. İranın bütün təbliğatı, tədris sistemi ənənəvi və yeni Qərb düşüncə sistemlərinin tənqidi üzərinə fokuslanıb. Eyni zamanda İran özü üçün Qərblə hansısa formada əməkdaşlıqları təhdid sayır. Cəmiyyət daxilində Qərbçilik şüurunu bir nömrəli ideoloji təhlükə hesab edir.

Buna baxmayaraq, İran bu gün dostluq mesajları verdiyi Ermənistanın Qərb kəşfiyyatının plastdarmı halında olmağına “göz yumur”. Azərbaycanın uğurları fonunda saxta “panton körpüləri” atanlar İrəvandakı sorosçu idarəetmənin regionu Qərb casuslarına açmağına etiraz etmir.

Bağlı qapılar arxasında bəlkə də İran Ermənistana hansısa etiraz notları çatdıra bilər, amma reallıq odur ki, İran diploamatları, öz sosial media hesabalarında daim münasibətləri gərginləşdirməyə çalışan SEPAH və onların media qanadı da Ermənistana “gözün ustündə qaşın var” deyə bilmir.

İran həm də İstər Rusiya-Ukrayna, istərsə də uranın zənginləşdirilməsi ilə bağlı daim siyasi ziddiyətdə olduğu Fransa ilə Ermənistan mövzusunda ortaq addımlar atır.

Buna baxmayaraq Ermənistana yanaşmada bir neçə ortaq məqamda birləşdiyini görürük: 1) Ermənistan vasitəsiylə bölgədə siyasi qərarlara təsir etmək istəyi. 2) Ermənistan üzərindən regional yeni müttəfiqlikləri “lazım olarsa” sabotaj etmək. 3) Ermənistanın Cənubi Qafqazda “ayırıcı xətt” kimi qiymətləndirilməsi.

Ümumiyyətlə isə, bu gün güclənən TDT faktoru, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Türk Dünyası faktorunun qlobal siyasi güc mərkəzi kimi inkişafı hətta ən kəskin qütblərdə olan nöqtələrin “həmrəyliyi”ni yaradır.

İranın Azərbaycanla münasibətlərində sön dövrlər müsbət tendensiyalar müşahidə edilir. Azərbaycan səfirliyi yeni ərazidə fəaliyyət göstərir, Azərbaycan Prezidenti İlham Əliyev Məsud Pezeşkianı seçkilərdəki qələbəsi münasibətilə təbrik edərək Azərbaycana səfərə dəvət edib. Qarşılıqlı formada diplomatik kanallar müsbət qonşuluq mesajları verilir. O da unudulmamalıdır ki, İranın Azərbaycanla münasibətlərində yaranan soyuqluğun səbəbkarı da heç vaxt Azərbaycan olmayıb. Azərbaycan heç vaxt hansısa ölkələrin onun ərazisindən qonşularına qarşı istifadə etməyib. Bu gün Ermənistan ərazilərində ABŞ təlimlər keçir, Aİ missiyası adı altında Markus Ritterin “mənşəyi bilinməyən” qrupu var, amma İran hələ də Ermənistanı sığallamaqla məşğuldur.

İranda ayrı-ayrı qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini dayandırmrlar. Anlaşılan deyil ki, İran xoş niyyət göstərdiyi halda, Ermənsitandakı səfiri Mehdi Sobhani niyə ermənidən çox ermənilik edir? İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhani Tehran və İrəvan müttəfiqliyini deyəsən anti-Azərbaycan “bəyanatları ilə” sübut etmək istəyir.

Bütün bunlar ilə yanaşı İranın içərisindəki bəlli dairələr Azərbaycan ilə münasibətlər ilə bağlı konkret addımlar ata bilmirlər. Verdikləri açıqlamalar, ortaya qoyduqları mövqelər Azərbaycanla münasibətlərin zədələnməsinə səbəb olur.

İranın Ermənistandakı səfirinin bölgə, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı çox qəbuledilməz, adekvat olmayan münasibətini müşahidə edirik. Amma istənilən halda hesab etmək olar ki, Azərbaycan-İran münasibətlərində yaxşı bir tendensiyanın başlanğıcı qoyulub.

Lakin İranın Zəngəzur dəhlizi məsələsindəki anlaşılmaz mövqeyi hələ də davam edir. Zəngəzur dəhlizi hansısa bir formada İranın maraqlarını təhdid etməməlidir. Düşünürəm ki, İran burada prosesə obyektiv mövqedən yanaşmır. Daha çox ideoloji və məzhəbçi baxışla prosesi əngəlləməyə çalışır. İranin Zəngəzur dəhlizi məsələsində Ermənistanı qızışdırmağı və prosesin qarşısını alması təəssüfləndirici məqamdır.

Bütün narahatedici məqamlara baxmayaraq, Paşinyanın İranda irəli sürdüyü təşəbbüslərə rəsmi Tehranın reaksiyası ona tərs sillə oldu.

İranda Paşinyanın özündən uydurduğu "sülh kəsişməsi" layihəsi lazımlı diqqəti görmədi ki, bu da faktdır. İranda Paşinyanın təhlükəli oyunlarının fərqindədirlər. İran Rusiya kimi Ermənistanla dərin konfrantasiya situasiyasına daxil olmur hələ ki.

Həm də diqqət edilməli 2 məqam var; birincisi, Ermənistan iqtidarı İranla münasibətlərdə Rusiyaya yanaşmasındakı kəskin ritorikadan istifadə etmir. Daha çox İrana məddahlanmaq müşahidə edilir. İkincisi, Ermənistan hər vəchlə Qərblə əməkdaşlığının guya İrana qarşı olmdaığını bildirir, amma əslində İrana qarşı fəaliyyət üçün Ermənistan əraziləri sorosçu hökümət tərəfindən çoxdan Qərbə peşkəş edilib.

Tural İsmayılov, STM-in sektor müdiri, politoloq

Paylaş:
3423

Sizin üçün xəbərlər

Son xəbərlər

Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Xaçmazda yol qəzası olub, ölən və yaralananlar varBu gün, 15:22Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02
Bütün xəbərlər