Qəri Counz Əli Əsədovu AÇG yatağında irihəcmli seysmik tədqiqat proqramının birinci mərhələsinin uğurla yekunlaşması barədə məlumatlandırıb | 1news.az | Xəbərlər
Siyasət

Qəri Counz Əli Əsədovu AÇG yatağında irihəcmli seysmik tədqiqat proqramının birinci mərhələsinin uğurla yekunlaşması barədə məlumatlandırıb

Qafar Ağayev12:13 - 07 / 08 / 2024
Qəri Counz Əli Əsədovu AÇG yatağında irihəcmli seysmik tədqiqat proqramının birinci mərhələsinin uğurla yekunlaşması barədə məlumatlandırıb

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramının birinci mərhələsinin başa çatması münasibətilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova məktub ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, məktubda icra müddəti 5 il nəzərdə tutulan layihənin bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olduğu vurğulanıb.

Bildirilib ki, seysmik tədqiqat proqramının məqsədi AÇG yatağının arxitektura və maye kontaktının dinamikası barədə ətraflı məlumat əldə etməkdir. Tədqiqatın aparılması AÇG tərəfdaşlarına gələcəkdə yatağın işlənilməsini səmərəli şəkildə optimallaşdırmağa kömək edəcək.

Q.Counz məlumat verib ki, 2024-cü ilin yanvar ayında başlanmış birinci seysmik tədqiqat qrafiki qabaqlamaqla və nəzərdə tutulandan daha az büdcə sərf etməklə tamamlanıb.

Məktubda AÇG yatağının gələcəyinin təmin edilməsində mühüm addım olan bu tədqiqatı dəstəklədiyinə görə Azərbaycan hökumətinə minnətdarlıq bildirilib. Eyni zamanda, Azərbaycan ilə bp arasında sıx əməkdaşlığın davam edəcəyinə əminlik ifadə olunub.

Baş nazir Əli Əsədov cavab məktubunda Azərbaycan hökuməti ilə bp arasında uzun illərdir davam edən səmərəli əməkdaşlığın növbəti uğur hekayəsi olan bu tədqiqat proqramının həyata keçirilməsinə bp şirkətinin və bütün tərəfdaşların töhfəsini yüksək qiymətləndirilib.

Birgə səylərlə adıçəkilən proqramın növbəti mərhələlərinin də uğurla icra olunacağına və gələcəkdə AÇG yatağının neftvermə potensialının maksimum reallaşdırılmasına xidmət edəcəyinə əminlik ifadə olunub.

Vurğulanıb ki, Azərbaycan Prezidenti tərəfindən hökumət qarşısında qoyulan prioritet vəzifələrə uyğun olaraq, bp-nin ölkəmizdəki fəaliyyətinə və qarşılıqlı faydalı əməkdaşlığa bundan sonra da davamlı şəkildə lazımi dəstək göstəriləcək.

Paylaş:
284

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər