Məhkəmə “İTV”ni cərimə etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhkəmə “İTV”ni cərimə etdi - FOTO

Qafar Ağayev14:33 - 15 / 08 / 2024
Məhkəmə “İTV”ni cərimə etdi - FOTO

İctimai Televiziya və Radio Yayımları Şirkətinin “İTV” televiziya redaksiyasının (kanalının) efirində 04 may 2024-cü il tarixdə 13.00–13.24 saat aralığında yayımlanmış “1 şəhər və 24 saat” proqramında qanunvericiliyin tələblərinin pozulması faktı aşkarlanıb.

1news.az xəbər verir ki, həmin proqramın yayımı zamanı aparıcının masa üzərindəki alkoqollu içkinin xüsusiyyətlərini təsvir etməsi və həmin şəhərə gələndə onun içilməsini tövsiyə etməsi faktı Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 4.2.3-ci maddəsində öz əksini tapmış “uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya” olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir. Həmin Qanunun 9.3-cü maddəsinə uyğun olaraq “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.

“İTV” televiziya redaksiyası proqramın yayımı zamanı qeyd olunan qanunvericilik tələblərinə riayət etməmiş və bununla da, Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Bununla bağlı, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 2 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilmişdir. 13 avqust 2024-cü il tarixində Yasamal Rayon Məhkəməsində işə baxılmış və məhkəmənin müvafiq qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti üç manat məbləğində cərimə edilmişdir.

Paylaş:
113

Son xəbərlər

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib10 / 09 / 2024, 22:24Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib10 / 09 / 2024, 18:01Azərbaycan Milli Paralimpiya komandası üzvləri təltif edilib - SİYAHI10 / 09 / 2024, 17:44İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıb10 / 09 / 2024, 17:41Sumqayıtda küçədə üzərində yanıq izləri olan meyit tapılıb10 / 09 / 2024, 17:26Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib10 / 09 / 2024, 17:12Yenicə tələbə adını qazanan 18 yaşlı Aqilin sizin köməyinizə ehtiyacı var - FOTO10 / 09 / 2024, 17:00DİN: Avqustda 352 kq narkotik dövriyyədən çıxarılıb10 / 09 / 2024, 16:48Formula-1 Azərbaycan Qran Prisi çərçivəsində tibbi xidmətlərin təşkili məqsədilə yüzdən çox tibb işçisi təhkim olunub10 / 09 / 2024, 16:22Azərbaycan sərhədlərində gözləyən yük avtomobillərinin sayı açıqlandı10 / 09 / 2024, 16:12Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib10 / 09 / 2024, 15:42Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunur10 / 09 / 2024, 15:22Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başlayıb10 / 09 / 2024, 14:58“28 May” metrostansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilib10 / 09 / 2024, 14:50Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib10 / 09 / 2024, 14:37Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb10 / 09 / 2024, 14:27Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində nəqliyyatın hərəkəti iki aylıq qismən məhdudlaşdırılacaq10 / 09 / 2024, 14:23İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub10 / 09 / 2024, 14:13Azercell yeni Wi-Fi cihazını təqdim edir10 / 09 / 2024, 13:59Azərbaycan və Gürcüstan müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər10 / 09 / 2024, 13:52
Bütün xəbərlər