Bərdədə İrandan narkotik alıb ölkəyə gətirən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə İrandan narkotik alıb ölkəyə gətirən şəxs saxlanılıb

09:27 - 16 / 08 / 2024
Bərdədə İrandan narkotik alıb ölkəyə gətirən şəxs saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 4 kiloqram marixuana dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Fərid Mamedovdan 4 kiloqramdan artıq marixuana aşkarlanıb.

F.Mamedovun narkotiki şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə ilə satmaq üçün ölkəyə keçirdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
294

Son xəbərlər

Bütün xəbərlər