“Türküstan” qəzetinin baş redaktoru : Bu seçkilərin həm siyasi, həm də simvolik mənası var - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

“Türküstan” qəzetinin baş redaktoru : Bu seçkilərin həm siyasi, həm də simvolik mənası var - MÜSAHİBƏ

10:23 - 17 / 08 / 2024
“Türküstan” qəzetinin baş redaktoru : Bu seçkilərin həm siyasi, həm də simvolik mənası var - MÜSAHİBƏ

“Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı “Seçki 2024” Müstəqil Media Mərkəzinin suallarını cavablandırıb.

1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən Aqil Camalın müsahibəsini təqdim edir:

- Qarşıdan gələn parlament seçkilərinin ölkəmiz və region üçün hansı əhəmiyyəti var?

- Növbədənkənar parlament seçkilərində siyasi partiyalar aktiv iştirak edirlər. Eyni zamanda, müstəqil namizədlər də seçkilərdə iştirak edirlər. Növbədənkənar parlament seçkilərinin yeni dövr üçün Azərbaycanın istər siyasi mühitinə, istərsə də dövlət idarəetməsində aparıcı rola malik olan qanunverici orqanın fəaliyyətinə müsbət təsir göstərəcəyini ümid etmək olar.

Bu gün dünyada, eyni zamanda Azərbaycanın yerləşdiyi regionda və regiona qonşu olan ölkələrdə çox kritik proseslər getməkdədir. Bu baxımdan Azərbaycanda seçkilərin keçirilməsi zamanı xüsusilə xarici qüvvələrin seçki prosesinə müdaxiləsinin minimum olması mühüm şərtdir. Çünki Azərbaycanda fərqli siyasi görüşlərə və ya mövqeyə malik olan siyasi qüvvələr var. Amma sevindirici haldır ki, bu hal hazırda seçki prosesinə qoşulmuş partiyaların və namizədlərin Azərbaycanın bu gününə və gələcəyinə yanaşmada hansısa fərqli fikirləri olsa da, bütövlükdə öz ölkələrinə, dövlətinə bağlı olan qüvvələr və namizədlərdir.

- Suverenliyini tam bərpa etmiş Azərbaycanda parlament seçkilərinin keçirilməsini necə dəyərləndirsiniz?

- 44 günlük Vətən müharibəsindən, eyni zamanda ötən il Qarabağda keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanda separatizmin kökü kəsildi. Azərbaycan 30 ildən sonra öz ərazi bütövlüyünə və tam suverenliyinə nail oldu. Bu baxımdan artıq Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoyur. Suverenliyi tam təmin olunmuş Azərbaycanda hakimiyyət qollarının da yenidən formalaşdırılması önəmlidir və bu baxımdan da simvolik xarakter daşıyır. Bir müddət əvvəl suverenliyini tam təmin etmiş Azərbaycanda Prezident seçkiləri keçirildi. Hazırda parlament seçkiləri ilə bağlı azad olunmuş ərazilərimizdə artıq seçki məntəqələri qurulub, hətta namizədlərin təbliğat, təşviqat plakatları da azad olunmuş ərazilərimizdə yayımlanır. Bu baxımdan dediyim kimi, bu seçkilərin həm siyasi, həm də simvolik mənası var.

- Bu seçkilər Azərbaycanın gələcəyi, siyasi mənzərəsi və iqtisadi inkişafı baxımından hansı önəmə malikdir?

- Budəfəki seçkilərdə namizədlərin sırasına baxsaq görərik ki, gənc namizədlərin iştirak faizi çox yüksəkdir. Bunun özü də dəyişiklik üçün çox önəmlidir. Yaxşı olar ki, yeni mərhələdə, yeni dönəmdə qanunverici orqanda daha çox simalar dəyişsin, gənclər gəlsin, mütəxəssislər cəlb olunsun. Çünki Azərbaycanın qarşısında yeni çağırışlar, hədəflər var. Eyni zamanda, Azərbaycana qarşı ən müxtəlif istiqamətlərdən təhdidlər də davam etməkdədir və gözlənilir ki, qarşıdakı dövrdə dünyadakı mürəkkəb geosiyasi şəraitdə bu cür təhdidlərin arealı genişlənə bilər. Ona görə yeni formalaşacaq parlament ölkəmizə qarşı təhdidlərin qarşısını almaq istiqamətində önəmli rol oynayacaq. Ümid edirik ki, siyasi qüvvələr və ayrı-ayrı namizədlər parlamentdə təmsil olunarkən bu məsələlərə həssas yanaşacaqlar.

Paylaş:
1055

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər