Məşhur futbolçu Qara Qarayev karyerasına xələl gətirə biləcək bir problemlə üz-üzədir | 1news.az | Xəbərlər
Futbol

Məşhur futbolçu Qara Qarayev karyerasına xələl gətirə biləcək bir problemlə üz-üzədir

16:00 - 20 / 08 / 2024
Məşhur futbolçu Qara Qarayev karyerasına xələl gətirə biləcək bir problemlə üz-üzədir

"Azərbaycan futbolunda əsas sütunlarından olan Qara Qarayev hazırda onun əlamətdar karyerasına xələl gətirə biləcək bir problemlə üz-üzədir".

Bunu 1news.az-a açıqlamasında məşhur futbolçu Qara Qarayevin media məsələləri üzrə sözçüsü Tahir Gülməmmədov bildirib.

O, deyib ki, Milli komandada 18 illik xidmətindən sonra, Neftçi Futbol Klubunun idman direktoru Yens Andersson və yeni baş məşqçisi Roman Qriqorçuk tərəfindən əvəzedicilər komandasına göndərmək qərarı oyunçuya hörmət və dəyər anlayışı ilə bağlı narahatlıqları artırıb.

"Qara Qarayev illərdir Azərbaycan futboluna idmançı xarakteri və peşəkarlığı ilə durmadan, əzmlə xidmət edir. Onun karyerası boyunca əhəmiyyətli nailiyyətləri, göstərdiyi fədakarlığı danılmaz faktdır. Xüsusi ilə azerkeşlərə, mediaya qarşı sayğı və hörməti 7-dən 77-yə onu idmanın ən hörmətli simalarından birinə çevirib. Onu əvəzedicilər komandasına göndərilməsi əmri təkcə onun karyerasına təsir etmir, Azərbaycan futboluna illərini vermiş milli oyunçuya qarşı verdiyi töhfələrin necə qiymətləndirildiyi barədə kölgə salır və narahatedici mesaj verir . Qara Qarayev kimi futbolçunun komandaya gətirdiyi milli-mənəvi dəyərləri və onun faydalarını nəzərdən qaçırır. Onların rolunun gələcək istedadların yetişdirilməsi və idmanın bütövlüyünü dəstəklənməsi yolunda vacibliyinə kölgə salır".

T.Gülməmmədov bildirib ki, Qara Qarayevin irsi Azərbaycan futbolunun dəyərli hissəsidir və onun töhfələrinin tanınması və layiqincə qeyd olunması çox vacibdir.

"Futbol ictimaiyyəti bu qərarın nəticələrini nəzərdən keçirərkən, idmana mühüm töhfələr vermiş idmançılara necə dəyər verdiyimizi və hörmət etdiyimizi düşünməyə vadar edir.
Onun oyuna təsiri, meydanda lider rolu, həm komanda yoldaşlarını, həm də azarkeşləri ruhlandırmaq bacarığı ölçüyə gəlməzdir.

Yeni təyinat təkcə Qarayevə şəxsi təsir göstərmir, həm də bizim uzun müddət xidmət edən oyunçuları necə dəyərləndirdiyimizlə bağlı münasibəti əks etdirir. Onların töhfələrini tanımaq və onlara hörmət etmək idmanın bütövlüyünü qorumaq və həyatını futbola həsr etmiş şəxslərin layiq olduqları hörməti almasını təmin etmək çox vacibdir.
Futbol ictimaiyyəti bu qərara reaksiya verməli, bu cür təcrübəli oyunçulara qarşı yaranmış ədalətsiz davranışa biganə qalmamalıdır. Azərbaycan milli futbolçusunun peşəkar karyerası inzibatı və rəsmi olmayan qərarlarla idarə olunmamamıdır.
Futbol ictimaiyyəti bir araya gəlməlidir ki, bu cür əfsanələr ömür boyu həyatını idmana həsr etdiklərinə görə hörmət və ehtiram görsünlər. Qara Qarayevin irsi təkcə onun keçmiş nailiyyətləri deyil, həm də gənc oyunçulara və azarkeşlərə verdiyi ilhamla bağlıdır.
Qara, xarakterik davranışın və bir futbolçuya yaraşacaq şəkildə göstərdiyin inamlı mübarizə üçün biz həmişə sənin yanındayıq.
İnanırıq ki, milli oyunçulara qarşı aparılan “milli təmizləmə” ən tez bir zamanda öz həllini tapacaq" - deyə o, əlavə edib.

Paylaş:
1291

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər