Azərbaycan BRICS-ə üzvlük üçün rəsmi müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan BRICS-ə üzvlük üçün rəsmi müraciət edib

Qafar Ağayev17:46 - 20 / 08 / 2024
Azərbaycan BRICS-ə üzvlük üçün rəsmi müraciət edib

Azərbaycan rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət ünvanlayıb.

Bu barədə 1news.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir ki, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir.

Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

BRICS-in üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləridir.

Paylaş:
514

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər