Birinci olmaq- tale, seçim, missiya.. | 1news.az | Xəbərlər
Köşə

Birinci olmaq- tale, seçim, missiya..

16:53 - 26 / 08 / 2024
Birinci olmaq- tale, seçim, missiya..

Birinci olmaq-taleyin işi, daima birinci olaraq qalmaq isə- missiyadır: fədakarlıq və insanpərvərliyin bəhrəsidir

“Mehriban gücün” triumfal debütü, ürəkləri fəth etməsi- onun Birinci Xanım İnstitutunu yaratması ilə başlayıb.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yubiley doğum günüdür.

Son iki onillikdə ölkəmizdə təqvimin hər günündə əlamətdar tarixi hadisələr, dövlətçiliyin şanlı salnaməsinin səhifələri qızıl hərflərlə yazılır. Onların əhəmiyyəti hələ illərlə çəkəcək, zaman məsafəsindən daha dərin dərk ediləcək.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti müstəqillik tariximizdə bütün parametrlər üzrə bənzəri olmayan, müstəsna hadisələr sırasına daxil olub.

2003-cü ildə Mehriban xanım Əliyeva siyasətə-Siyasi Olimpdə kifayət qədər yüksək institut sayılan “Birinci xanım” statusunda qədəm qoyub. Müstəqil Azərbaycan tarixində Birinci xanım institutunu ilk dəfə formalaşdırıb, dövlətçiliyə və xalqa misilsiz töhfələr verib. Bu statusda prezidentlə çiyin-çiyinə verib, ölkə və beynəlxalq gündəmin bütün siyasi proseslərinin içində olub. 30 illik işğaldan misilsiz Zəfərə gətirən xalqın haqq savaşının, Müzəffər Ordumuzun və Ali Baş Komandanın açdığı yolun ilk yolçusu olub.

Ötən bu illərdə qeyd edilən- “humanizmin təcəssümü, ictimai xadim, xeyriyyəçi” obrazlarında mükəməllik və özünütəsdiq mərhələsini keçib. Onun yorulmaz çox şaxəli fəaliyyətinin, humanitar və sosial yönlü sahələrdə gördüyü işlərin hətta bir gününü belə sadalamaq sadəcə qeyri-mümkündür. Ölkədə həyata keçirilən layihələr, dünyanın əksər ölkələrinə yüzlərlə xarici ölkələrə zəfər kimi səfərlər, həyata keçirilən tədbirlər dövlətçiliyimizin danılmaz tarixinin ayrılmaz bir parçasıdır.

Mehriban xanımın UNESCO-nun Xoş məramlı səfiri kimi fəaliyyəti, bu tribunadan dünyaya çatdırılan Qarabağın mədəni,mənəvi irsdə təcəssüm olunan danılmaz həqiqətlərinin dünya erməni diasporasını şaşırmağa, çaxnaşmaya məruz qoyması ayrıca bir tarixi salnamədir. Dünyanın həm Şərqi,həm də Qərbi əhatə edən qlobal humanitar,mədəni və dialoq platformalarından beynəlxalq münasibətlər sistemində ölkəmizin yeri və rolunun yüksəlməsində Mehriban Əliyeva faktorunun dəyərləndirilməsi hələ öz vaxtını gözləyir,cildlərlə kitaba sığmaz.

  • Siyasətçi qadin,diplomat örnəyinin yaranması - Birinci Vitse prezidentlik institutu ilə tamamlandı

Birinci Vitse prezident institutu formatında Mehriban Əliyevanın böyük siyasətdə yeni ampluada, siyasətçi-diplomat obrazında Azərbaycan təqdimatı-ümumiyyətlə tamamil yenilik oldu. Azərbaycanın Milli Lider Şəxsiyyəti Heydər Əliyevin ailəsində, əsrin ilk və yeganə hərb savaşını qazanan hərbi sərkərdənin-Zəfər Marşalının məsləkdaşı olaraq malik olduğu zəka potensialı, diplomatik keyfiyyətləri, “ağıllı-Mehriban güc” meyarı- məhz bu yeni aspekt-müasir dünyanın ən çox bəhs edilən “siyasətçi qadın”obrazı təbii olaraq diqqətləri özünə çəkdi.

Elmi ədəbiyyatda qadın siyasətçilərin fəaliyyəti müxtəlif-“ictimai xadim”, “xeyriyyəçi qadın”, “işgüzar qadın”, “siyasətçi qadın” kimi imic-obrazlarla dəyərləndirilir, fərqləndirilir. Bunlar həm də imicin formalaşma mərhələləri kimi qəbul edilir. Qadın siyasətçilərə münasibətdə siyasi imic fenomeni xüsusilə həssaslıqla izlənilir. İctimai şüurda mövcud olan asimmetriya əsasında paralellər aparılır, müqayisələr edilir. Mövcud standartlar çərçivəsində assosiasiya edilir, ənənəvi zehniyyətlə “Dəmir Ledi” və s. kimi obrazları yaranır.

Bu ampluada Mehriban xanım Əliyevanın beynəlxalq münasibətlərdə “ictimai xadim”, siyasətçi obrazında, yeni dəst-xətt və yeni simada təqdimatı- dünyada humanizmin, ölkədə ümumxalq məhəbbətinin, şəfqət və qayğının ünvanı kimi nəcib, ali keyfiyyətlər sırasına daha birini- qadın siyasətçi,diplomat obrazını əlavə etdi, zənginləşdirdi. Qeyd edilən dörd obraz-imic mərhələsindən sonuncunu: siyasətçi qadın imicini ön plana çıxarmaqla, mükəmməllikdə tamamlayan “Müasir Azərbaycanlı qadın örnəyini, siyasətçi-diplomat presedentini” formalaşdırdı.

İstər Şərqdə,istər geniş postsovet məkanında, istərsə də, Avropanın aparıcı paytaxtlarında,istərsə də Türk dünyasında Birinci vitse-prezidentin səfərinin siyasi çəkisi, Azərbaycanın nüfuz və sanbalının nümayişi, bununla da Mehriban Əliyevanın uzun illər apardığı yorulmaz fəaliyyətin xüsusi-özəl yeri olduğuna xalqımızın əminliyi illərlə formalaşıb.

Siyasət və diplomatiyada mövcud olan çeşidli-“sərt, yumşaq, kəskin”( hard, soft, sharp power) və s.- güc nəzəriyyələrinə görə, “ağıllı güc”(smart) power -bütün güc modellərinin optimal sintezidir. Əslində Azərbaycanda bütün ölkələrlə qarşılıqlı münasibətlərdə, bütün istiqamətlərdə məhz 2003-cü ildən-Birinci xanım İnstitutu yaradılandan, Heydər Əliyev Fondu təsis ediləndən,millət vəkili kimi xidmətə başlayandan-Birinci Vitse prezidentlik statusunda fəaliyyətə qədər, bu gün də “ağıllı güc” siyasəti həyata keçirilməyə başlanmışdı.

  • Mehriban gücün birinci olması- gerçəklik,amma hələlik sona qədər dərk edilməyən fenomendir

Mehriban Əliyevanın ad günü təbriklərinə cavabı

Mehriban xanım Əliyeva xalqımızın təsəvvüründə, çiynini ən çətin yükün altina vermək lazım gələndə birincilərdən olub. Böyükdən kiçiyə qayğıya ehtiyacı olan insanların səsinə səs verməkdə birinci olub. Milli varlığı yaşadan mədəni irsimizi, mənəvi dəyərlərimizi qorumaq işində birinci olub. Onun bütün sahələrdə, çətin-müşkülləri asan etməkdə ön sırada, birinci olmaq missiyasını xalq məhz bu cür anlayıb. Birinciliyi- ənənəyə çevrilib. Belə bir deyim var ki, Birinci olmaq-taleyin işi, daima birinci olaraq qalmaq hünəri isə- missiyadır,fədakarlıq, zəka və xarakterin bəhrəsidir.

2003-ci ildən Mehriban gücün zəfəri- bu missiyanın yeni, lakin çətin bir mərhələsi başlamışdı. Bu çətinliyi sadəcə “otuz illik erməni işğalı,Qarabağ problemi, bir milyondan çox qaçqın” və s. sözlərlə ifadə etmək-heç nə deməməkdir.

Siyasətçi qadın şəxsiyyəti -müstəqillik dövrümüzün presedentləri sırasındadır

Qadınların liderlik üslublarını, siyasi fəaliyyət və davranış modellərini fərqləndirən üç nümunə-metaforadan istifadə edilir. Buraya 1."Ana"; 2. "Amazon";və 3. "Kübar(Yüksək cəmiyyətə) mənsubluq"-kimi nümunələr aiddir.

Siyasi fəaliyyətin liderlik üslubu kimi- “Ana” modeli fədakarlıq, millətin hər qayğısına-yanmaq, ailə ocağının qoruyucu mələyi olmaq anlamını verir. İndira Qandi, Benazir Bhutto və s. aid edildiyi "Ana"liderlik üslubunun elmi ədəbiyyatda əsasən Şərq mədəniyyətlərinə xas olduğu qeyd edilir.

“Amazon”üslubunda- siyasətçi qadın lider-ağıllı, güclü iradə sahibi, özünə inamlı və əhatəsinə güvənən kimi təsvir edilir. . Amazonun üslubu Qərb mədəniyyətində formalaşmış və burada güclü köklərə malikdir. Marqaret Tetçer, Angela Merkel, Hillari Klinton və digər Qərb qadın siyasi liderləri bu üsluba aid edilir

"Kübar(Yüksək cəmiyyətə) mənsubluq" kimi səciyyələnən üslubda əsas keyfiyyətlərə- zəka, təhsil, ağıl, cazibədarlıq aid edilir. Kristina Kirchner və Seqolene Roayal bu üsluba aid edilir.

Qeyd edilən hər üç üslubun “Mehriban güc”də sintezdə, çox bacarıqlı istifadə edilməsi etalon-ideal imicin formalaşması demək idi. Dünya siyasətində hər üç modeli özündə sintez,fəaliyyətində tətbiq edən siyasətçi qadın liderlərin olmadığı qeyd edilir. Yalnız Marqaret Tetçerin qeyd edilən liderlik üslublarından ikisini ( "Ana" və "Amazon" üslublarını) sintez etməsi, siyasi karyerasında onları məharətlə uyğunlaşdırdığına dair fikirlər var.

Azərbaycanda, Birinci vitse-prezident Mehriban Əliyeva özünün fəaliyyətində hər üçü üslubun sintezinə nail olan ilk fenomen şəxsiyyətdir. Əgər mövcud siyasi güc nəzəriyyələrinin sintezini də tətbiq etsək, o, dünya siyasətinə, beynəlxalq münasibətlərə “Ağıllı, Mehriban Güc” modelini gətirib! Qlobal din,mədəniyyət,dialoq forumlarında, çoxsaylı ölkələrə “Zəfər kimi səfərləri” başlıca yekunlarından biri-son iki onillikdəə aybaay, ilbəil aparılan “Ağıllı, Mehriban Güc” siyasətinin formalaşmasıdır... Azərbaycanın qazandığı siyasi dividendlər və erməni təbliğatının itirdiyi xallar

Mehriban gücün,Birinci olmağın- sirrini açmaq,əhəmiyyətini anlamaq üçün tarixlə paralellər aparmaq lazım gəlir.

Qərb dünyasında qadınların bir çox siyasi və sosial hüquqları yalnız XX əsrin əvvəllərində əldə edilmişdir.

Birinci vitse-prezident kimi xalqa xidmətin dəyəri- qadınlara dunyada ilk dəfə səsvermə hüququnu verən böyük Azərbaycan dövlətçiliyinin tarixi irsinə ən böyük sayğı,şərəfli isbatıdır.

Azərbaycan qadını, dövlətçilik tarixində ilk dəfə vitse-prezidentdir, yüz il əvvəl olduğu kimi, Azərbaycan bu gün də, Şərq-İslam-Türk dünyasında ondədir. Mehriban Əliyevanın qadın siyasətçi fenomeni, onun yeri və roluna dair təsəvvürlər tarixində mühüm bir mərhələ açıb, stereotipləri, önyarğıları alt-üst edən presedent yarada bilib. Qadın hüquq və azadlıqlarının 100 ildən çox əvvəl bəyan edildiyi bir ölkədə bunun gerçəklik olmasını isbatlayıb.

Mehriban güc fenomeninin-Birinci olmaq missiyasının ortaya qoyduğu daha bir həqiqət odur ki,Azərbaycanda dövlət idarəçiliyi modelinə gətirilən innovasiya-Birinci Vitse-Prezidentliyin təsis edilməsi, səlahiyyətlərin şaxələnməsi yönündə islahatlar doğru istiqamətlənib. Mehriban Əliyevanın müasir dövlətin milli təhlükəsizliyinin mühüm şərtlərindən olan-peşəkar kadrlar korpusunun meritokratik sistemini formalaşdırmaq üslubu, məsuliyyətli, operativ və çevik qərarların qəbulu ənənəsini formalaşdırmaq yönündə fəaliyyəti cəmiyyətdə birmənalı təqdir edilir. Bu da məlum aforizmdə deyilən fikri bir daha təsdiq edir: “Rəhbərlik-verilmiş səlahiyyətdir, liderlik isə-qazanılmış səlahiyyətdir.”

Ən böyük mükafatı-xalqın,milyonların, insanpərvərlikdə həmişə birinci olan Mehriban xanıma məhəbbəti, rəğbətidir

Yubiley doğum gününü qeyd edən Mehriban xanım Əliyevanın uzun illər həyata keçirdiyi fədakar fəaliyyəti, yerli və qlobal miqyaslı layihələri öz layiqli qiymətini alır. Ötən illər ərzində Mehriban xanım Əliyeva dünyanın çoxsaylı ölkələrinin nüfuzlu mükafatlarına, saysız-hesabsız fəxri adlara, titullara layiq görülüb.

Onların arasında “Türk dünyasına xidmət” mükafatı da xüsusilə diqqəti cəlb edir. Türk Yazarlar və Sənətçilər Vəqfinin (TüRKSAV) İdarə Heyətinin qərarı ilə bu mükafatla Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə təltif edilib.

Bununla yanaşı, ən böyük mükafatı-xalqın,milyonların ona olan,Mehriban gücə, insanpərvərlikdə həmiə birinci olan Mehriban xanıma məhəbbəti, rəğbətidir.

Prezident İlham Əliyev daim yeniləşən islahatlar xətti dünyada heç bir qüvvənin qarşı dura bilmədiyi Haqq savaşında Zəfərimizə gətirib çıxardı. Azərbaycanın zaman və tarix adlı fenomenlərin labüd sınaq və çağırışlarına ən doğru cavablar verdiyi öz təsdiqini tapdı. Dövlətçiliyin təməllərinin sarsılmazlığını təmin ediən varlığını qoruyan, inkişaf etdirən, hər ay, hər il əldə edilən uğurlar cəmlənərək xalqımızı Zəfər ilindən-Zəfər əsrinə, böyük qələbələr dövrünə aparır.

Mehriban Əliyevanın öz çıxışlarından birində dövlət başçısına ünvanlandığı bu sözlərlə qarşıdakı Qələbə,Zəfər əsrinə inamını gözəl ifadə edib: “Biz bu gün qüdrətli, öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi qorxuda bilməz və ədalət, xoş niyyət, milli birlik hər zaman zəfər çalacaq. Azərbaycan xalqı bir komanda, Siz bu komandanın şərəfli kapitanısınız. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyil. Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə tam gücümüzlə xidmət etməyə hazırıq. Qoy Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun!”.

Yubiley doğum günündə biz də arzu edirik ki, Qoy Tanrı Mehriban xanımı, Birincilik missiyasını hər zaman qorusun! Çünki həyatda da, nağıllarda da həmişə, Xeyir qüvvələr, şəfqət və mərhəmət, Mehriban güc-həmişə, Zəfər çalır, əbədi qalibdir.

Professor Tahirə Allahyarova, STM İdarə heyətinin üzvü,Departament müdiri

Paylaş:
3363

Son xəbərlər

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏRBu gün, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİBBu gün, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıbBu gün, 17:51Masazırda kişi qətlə yetirilibBu gün, 17:46Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri olduBu gün, 17:41Muxtar Babayev COP16-nın prezidenti ilə iqlimin maliyyələşdirilməsini müzakirə edibBu gün, 17:35Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilibBu gün, 17:07Suraxanıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilibBu gün, 17:01Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilibBu gün, 16:38Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - FOTOBu gün, 16:06Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılırBu gün, 15:53Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilibBu gün, 15:44Prezident Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİBBu gün, 15:34Qəza, nasaz avtomobillər - Yağışlı havada Bakı yollarında vəziyyət - SİYAHIBu gün, 15:16Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıbBu gün, 15:06​​​​​​​Sumqayıtda 91 yaşlı qadın hündürlükdən yıxılaraq ölübBu gün, 14:49Naxçıvan Dövlət Universitetinə rektor təyin edilibBu gün, 14:26ASCO-nun bərə və Ro-Ro tipli gəmiləri ilə sərnişin biletlərinin qiyməti neçəyədir?Bu gün, 14:25Dövlət Başçısı El-Salvadorun Azərbaycandakı yeni səfirini qəbul edib - YENİLƏNİBBu gün, 14:00Leysan xarakterli yağış nə zamana qədər davam edəcək? - AÇIQLAMABu gün, 13:50
Bütün xəbərlər