Dövlət sərhədini pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət sərhədini pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb

Qafar Ağayev17:40 - 30 / 08 / 2024
Dövlət sərhədini pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı saxlanılıb.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqust ayının 27-də saat 18:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 (üç) nəfər Əfqanıstan vətəndaşları Səmədi Səfi Abdurrəhman oğlu, Səttari Sifər Xan oğlu və Vəkili Muhb Seyfulla oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
311

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər