Goranboy və Tərtərdə toxum sərgi-satış yarmarkası təşkil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboy və Tərtərdə toxum sərgi-satış yarmarkası təşkil olunub

Qafar Ağayev17:45 - 11 / 09 / 2024
Goranboy və Tərtərdə toxum sərgi-satış yarmarkası təşkil olunub

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Goranboy və Tərtər rayonlarında toxum sərgi-satış yarmarkası təşkil olunub.

1news.az bu barədə nazirliyə istinadən xəbər verir.

Tədbirə Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən Goranboy, Daşkəsən, Göygöl, Samux rayonlarından və Qarabağ iqtisadi rayonu üzrə Tərtər, Ağcabədi, Ağdam, Bərdə rayonlarından fermerlər qatılıblar.

Ənənəvi olaraq keçirilən toxum sərgi-satış yarmarkalarında Kənd Təsərrüfatı Nazirliyinin qurumları, digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan iri şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.

Festivallarda kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar, müxtəlif dənli və tərəvəz bitki sortlarının sertifikatlı toxumları iştirakçılara nümayiş olunub.

Festival çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq məhsullar sərgilənib. Sərgi bölməsində alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları nümayiş olunub.

Tədbirin açılış mərasimində çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov toxum sərgi-satış yarmarkalarının ölkənin müxtəlif bölgələrində keçirilməsinin fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparılması imkanlarını verdiyini qeyd edib.

Tədbir çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi barədə geniş məlumat verilib. Fermerlərin yarana biləcək sualları ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları operativ məsləhət xidməti göstərib.

Goranboy və Tərtər rayonlarında keçirilən festivallarda fermerlərin maarifləndirilməsi istiqamətində mütəxəssislər tərəfindən toxum və bitki mühafizə tədbirlərinə dair təlimlər keçirilib.

Növbəti toxum sərgi-satış yarmarkalarının Qax, Balakən, Masallı, Neftçala, Beyləqan, Şabran və Cəlilabad rayonlarında keçirilməsi nəzərdə tutulur.

Paylaş:
153

Son xəbərlər

“Priceless” Azərbaycanda: ekslüziv təcrübələri qarşılayın - FOTOBu gün, 11:01“Usta mənəm” müsabiqəsinin seçim turu başa çatdı - FOTOBu gün, 10:31Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:23“akart” geniş fəaliyyətə başladı!Bu gün, 10:18Bakıda BOSS Kids Wear uşaq geyim mağazası açılıb – FOTOBu gün, 10:15Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıbBu gün, 09:56Prezident Hadrutun azad olunmasının 4 ili ilə bağlı paylaşım edibBu gün, 09:37AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:12Bakıda tıxac olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:04Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTO08 / 10 / 2024, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib08 / 10 / 2024, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıb08 / 10 / 2024, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTO08 / 10 / 2024, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"08 / 10 / 2024, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTO08 / 10 / 2024, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir08 / 10 / 2024, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib08 / 10 / 2024, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb08 / 10 / 2024, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 108 / 10 / 2024, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİB08 / 10 / 2024, 15:02
Bütün xəbərlər