Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub. | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub.

Qafar Ağayev09:53 - 18 / 09 / 2024
Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub.

17 sentyabr 2024-cü il tarixində baş tutmuş BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi (EGDI) üzrə mətbuat konfransı zamanı Azərbaycanın rəqəmsal hökumətin inkişafı istiqamətində mühüm irəliləyiş əldə etdiyi açıqlanıb.

1news.az xəbər verir ki, beynəlxalq hesabatda ölkəmiz 2022-ci illə müqayisədə bu il 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib. Reytinqin yekun göstəricisində Azərbaycan 1 ballıq şkala üzrə 0.7607 bal toplayaraq tarixi göstəriciyə nail olub. Bununla da Azərbaycan ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən “Very High EGDI” ölkələrin sırasına daxil olub.

BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi hər iki ildən bir açıqlanır və bu hesabata ölkələrin rəqəmsal hökumətin inkişafı üzrə göstəriciləri daxildir. Bu il açıqlanan hesabatda yer alan göstəricilər 2023-cü ilin may ayına qədər olan vəziyyəti əks etdirir.

Azərbaycan indeksin qiymətləndirmə meyarlarını əks etdirən onlayn dövlət xidmətləri və telekommunikasiya istiqamətlərinin hər biri üzrə irəliləyişə nail olub. Hesabatda bildirilir ki, ölkəmizin onlayn dövlət xidmətləri və telekommunikasiya infrastrukturu üzrə göstəricilərinin hər birində 21% olmaqla artım qeydə alınıb. Azərbaycan ötən illərlə müqayisədə ilk dəfə olaraq Elektron İştirakçılıq İndeksində (EPI) əhəmiyyətli irəliləyiş əldə edib. Bu indeks üzrə artım 28% təşkil edib və ölkəmizin indeksdə 98-ci yerdən 88-ci yerə yüksəlməsini təmin edib.

Reytinqdə Azərbaycanın mövqeyinin güclənməsinə, xüsusilə son iki ildə Rəqəmsal İnkişaf Strategiyası istiqamətində görülən işlər, o cümlədən müvafiq dövlət qurumlarının koordinasiyalı fəaliyyəti, beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi nəticəsində ərsəyə gələn müxtəlilf rəqəmsal hökumət həlləri, ölkə miqyasında həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi kimi təşəbbüslər ciddi töhfəsini verib.

Paylaş:
103

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər