“Nizami” metrosunun yaxınlığında sürücülər və piyadalarla bağlı təhlükəli vəziyyət aradan qaldırılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nizami” metrosunun yaxınlığında sürücülər və piyadalarla bağlı təhlükəli vəziyyət aradan qaldırılıb - FOTO

Qafar Ağayev09:32 - Bu gün
“Nizami” metrosunun yaxınlığında sürücülər və piyadalarla bağlı təhlükəli vəziyyət aradan qaldırılıb - FOTO

Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı və Əli bəy Hüseynzadə küçələrinin kəsişməsində (“Nizami” m/t-nın yaxınlığında) sürücülər və piyadalarla bağlı yaranan təhlükəli vəziyyət aradan qaldırılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən 1news.az-ın verilən məlumata görə, qeyd olunan kəsişmədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən, əvvəlcə yolda dirəklərarası kabel-kommunikasiya xətlərində texniki işlər görülüb.

Bununla yanaşı, hərəkəti tənzimləmək məqsədilə svetofor idarəetmə kontrolleri, əlavə olaraq svetoforlar və piyada svetofor bölmələri quraşdırılıb. Eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qarşılıqlı görülən işlər çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yolun kənarında olan dəmir məhəccərlər götürülüb və yola piyada zolağı çəkilib.

Xatırladaq ki, bir müddət əvvəl 1news.az-da sözügedən kəsişmədə svetoforun işləməməsi ilə bağlı yazı dərc olunmuşdu.

Xudu Məmmədov-Məhəmməd Hadi küçələrində quraşdırılan svetofor nə zaman işləyəcək? – Agentlikdən CAVAB - VİDEO

Paylaş:
79

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTOBu gün, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİBBu gün, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olubBu gün, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşulduBu gün, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİBBu gün, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıbBu gün, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandıBu gün, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?Bu gün, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edibBu gün, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edibBu gün, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam veribBu gün, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edibBu gün, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edibBu gün, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olubBu gün, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olubBu gün, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olubBu gün, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçiriliribBu gün, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilibBu gün, 15:59İqlim qəhrəmanları - FOTOBu gün, 15:56
Bütün xəbərlər