İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik | 1news.az | Xəbərlər
Cəmiyyət

İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik

Qafar Ağayev17:16 - 26 / 09 / 2024
İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik

Biz Şotlandiya Parlamentində deputat Kennet Qibson tərəfindən 2024-cü il sentyabrın 20-də təqdim edilmiş sənədi qətiyyətlə pisləyirik.

1news.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

İlk növbədə vurğulamaq istəyirik ki, etnik təmizləmə və işğal ilə assosiasiya olunan “artsax” termininin sənəddə istifadəsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.

Sənəddə Qarabağ ermənilərinin Azərbaycanın reinteqrasiya təklifini rədd edib, sərbəst şəkildə ölkəni tərk etməsinin zorla edilmiş hərəkət kimi təqdim edilməsinə çalışılır və digər əsassız iddialar irəli sürülür.

Sənədin müəllifi, Ermənistandan və işğal olunmuş Azərbaycan torpaqlarından etnik təmizləməyə məruz qalmış bir milyon azərbaycanlının taleyini tamamilə gözardı edir.

Eyni zamanda, sənəddə Azərbaycanın işğal altında olmuş ərazilərində Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılar, həmin ərazilərdə Ermənistan tərəfindən 1.5 milyon mina basdırılması barədə heç bir məlumat verilmir.

Bu sənəd həmçinin, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının geri qayıdışına Ermənistanın mane olmasını görməzdən gəlir və onların qayıtmaq hüququnu mənfi şəkildə təqdim etməyə çalışır.

Ermənistanın yüzlərlə məscidi, saysız-hesabsız qəbiristanlığı və azərbaycanlılara məxsus digər mədəni irs nümunələrini məhv etməsi barədə də heç bir məlumat verilmir.

Bütün bu məqamlar göstərir ki, bu sənəd münaqişənin beynəlxalq hüquqa uyğun olaraq həll olunmuş olmasını qəbul etməyən və onu yenidən alovlandırmağa çalışan müəyyən qüvvələr tərəfindən aparılan beynəlxalq kampaniyanın bir hissəsidir.

Biz bu addımı qətiyyətlə pisləyirik və Şotlandiya Parlamentinin üzvlərindən bu təxribatı dayandırmağı tələb edirik.

Paylaş:
49

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər