Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək

Qafar Ağayev15:58 - 27 / 09 / 2024
Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək

“Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısında abadlıq-quruculuq işləri aparılan ərazidə tikinti altına düşən yaşıllıqlar köçürüləcək”.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin mühəndisi Ariz İsmayılov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.

O qeyd edib ki, tikini altına düşən 10 şam ağacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ətraf ərazilərinə köçürüləcək: “Beton hissələrə düşən yaşıllıqlar kiçik parametrli və köçürülməyə uyğun ağaclardır. Tikini zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanı minimum səviyyəyə endirməyə çalışırıq. Ekoloji mühiti qorumaq üçün 2 min 400 kvadratmetri yaşıllıqlardan ibarət olan, 3,5 hektar ərazini əhatə edən park tikilir. Parkdakı ağaclar Bakının iqliminə uyğun növlərdir”, - deyə A.İsmayılov bildirib.

Paylaş:
254

Son xəbərlər

Bütün xəbərlər