Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edəcək

Qafar Ağayev14:49 - 01 / 10 / 2024
Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2024-cü il oktyabr ayının 10-da Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinlərinin qəbulu keçirəcək.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 09.10.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər