Deputat: Azərbaycan regional balansı formalaşdıra bilir və imkanlardan yaxşı istifadə edir. | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: Azərbaycan regional balansı formalaşdıra bilir və imkanlardan yaxşı istifadə edir.

Qafar Ağayev12:23 - 01 / 10 / 2024
Deputat: Azərbaycan regional balansı formalaşdıra bilir və imkanlardan yaxşı istifadə edir.

“44 günlük Vətən müharibəsində gücdən istifadə edərək öz torpaqlarını işğaldan azad etməsi Azərbaycanın geosiyasətin əsas oyunçusuna çevrilməsi ilə nəticələndi”.

1news.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Musabəyov deyib ki, həm ABŞ ilə həm də Avropa Birliyi ilə münasibətlər Azərbaycan üçün önəm daşıyır.

“Biz heç bir dövlətin istəyi ilə davranmırıq. Düşünürəm ki, Fransa ilə münasibətlər uzun illər düzəlməyəcək. Ancaq bizim İtaliya ilə müttəfiqliyimiz yaranıb”.

Diqqət etsək görərik ki, Ermənistan Rusiya ilə məsafə saxlayaraq Qərbə meyl edir, bunun əksinə, Gürcüstan Qərbdən uzaqlaşaraq müstəqil siyasət yeritmək istəyir” - deyə R. Musabəyov əlavə edib:
“Mərkəzi Asiya dövlətləri isə daha çoxşaxəli siyasət yürütməyə can atır. Bütün bunlar Azərbaycan üçün imkanlar vəd edir. Lakin üç Cənubi Qafqaz ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistan arasında koordinasiya demək olar, yoxdur".

Deputatın sözlərinə görə, hər bir xarici siyasətin əsası balanslaşmanın formalaşdırılması olmalıdır.

“Azərbaycan regional balansı formalaşdıra bilir və imkanlardan yaxşı istifadə edir. Rəsmi Bakı xarici siyasətdə Cənubi Qafqaz, Xəzər və Mərkəzi Asiya regionunu əhatə etməyə çalışır. Xatırladaq ki, Qazaxıstanla birlikdə hərbi təlimlər keçirildi və Özbəkistanla da eyni tədbir nəzərdə tutulur".

Paylaş:
121

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər