Özbəkistanda Azərbaycana aid özbək dilində kitab nəşr edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Özbəkistanda Azərbaycana aid özbək dilində kitab nəşr edilib

Qafar Ağayev14:25 - 02 / 10 / 2024
Özbəkistanda Azərbaycana aid özbək dilində kitab nəşr edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə Azərbaycana aid özbək dilində “Olovlar Yurti - Ozarbayjon” (Odlar Yurdu Azərbaycan) adlı kitab çap edilib.

1news.az xəbər verir ki, müəllifi tanınmış tədqiqatçı-jurnalist Şarofiddin Tolaqanov olan nəşrdə Azərbaycanın dövlətçilik tarix, Azərbaycan xalqı, mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, milli bayramlarımız, hüzn günləri, Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, mədəniyyət mərkəzi olan Şuşa, Qarabağ, Azərbaycan-Özbəkistan tarixi, mədəni əlaqələri, Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın apardığı siyasətin Qafqazda və bütün dünyadakı mənfi təzahürləri və s. haqqında geniş məlumatlar verilib.

Məlumat üçün bildiririk ki, Özbəkistanın tanınmış jurnalistlərindən biri hesab edilən Şarofiddin Tolaqanov Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizə təşkil edilmiş media-turlarda iştirak edib, işğaldan azad edilmiş torpaqlarımızda olub, erməni vandalizmini öz gözləri ilə görüb.

Qeyd edək ki, sözügedən kitabın Daşkənddə yaxın günlərdə təqdimatı və Özbəkistanın aparıcı kitabxanaları, ali təhsil ocaqlarına verilməsi də nəzərdə tutulur.

Paylaş:
167

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər