Əli Əsədov Belarus Prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov Belarus Prezidenti ilə görüşüb

Qafar Ağayev14:24 - 03 / 10 / 2024
Əli Əsədov Belarus Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Bu barədə 1news.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Paylaş:
357

Son xəbərlər

Bütün xəbərlər