Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib

Qafar Ağayev17:10 - 03 / 10 / 2024
Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib

Oktyabrın 3-də Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

1news.az xəbər verir ki, iclası açan komitə sədri Şahin İsmayılov diqqətə çatdırıb ki, iclasın gündəliyinə Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi və "Arbitraj haqqında" Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.

Şahin İsmayılov gündəlikdəki məsələlər barədə məlumat verərək bildirib ki, komitənin qarşıdakı sessiya üçün iş planında büdcə zərfinin və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.

Eyni zamanda, iş planında müstəqil Azərbaycanda gənclər siyasətinin banisi Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğinə, gənclər və idman sahəsinin aktual məsələlərinə həsr olunmuş ictimai dinləmələrin və digər tədbirlərin keçirilməsi, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlər, vətəndaşların qəbulu, ərizə və şikayətlərlə işin təşkili və digər məsələlər nəzərdə tutulub.

Komitə sədri gündəliyin ikinci məsələsi ilə bağlı bildirib ki, qanun layihəsində ümumilikdə 5 məcəllədə və 6 qanunda, o cümlədən “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi təklif olunur. Layihə uyğunlaşdırma xarakterlidir. Belə ki, “Arbitraj haqqında” Qanunun qəbulu ilə yerli arbitraj institutunun yenidən formalaşdırılması, beynəlxalq və daxili arbitrajın həyata keçirilməsi kimi məsələlərlə bağlı yeni tənzimləmələr qanunvericilikdə müvafiq dəyişiklikləri zəruri edir.

Məsələlərin müzakirəsində komitə üzvləri Ülvi Quliyev, Vüqar İskəndərov, Eyvaz Qurbanov, Asif Əsgərov, Müşfiq Cəfərov və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək komitənin payız sessiyası üçün iş planının layihəsini müsbət qiymətləndiriblər, iş planı ilə bağlı təkliflərini səsləndiriblər. Onlar qanun layihəsindəki dəyişikliklərin əhəmiyyətini qeyd edərək Azərbaycanda gənclər və idman sahəsinin daha da inkişafının bəzi aktual məsələlərinə və müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə dair fikirlərini bölüşüblər.

Müzakirələrin sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib, müzakirəyə çıxarılan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Səbinə Xasayeva, Anar Məmmədov, Mahir Süleymanlı, Mircəlil Qasımlı, Göydəniz Qəhrəmanov və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
128

Son xəbərlər

ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçiribBu gün, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı veribBu gün, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?Bu gün, 13:16Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdırBu gün, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlibBu gün, 12:28Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edibBu gün, 11:54İlham Əliyev Kamboca Kralını təbrik edibBu gün, 11:23Kamaləddin Qafarov: “Dövlət Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır”Bu gün, 11:21Marşal Adalarının Prezidenti Azərbaycana səfərə gəlibBu gün, 10:46Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılırBu gün, 10:41Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyənin məbləği açıqlandıBu gün, 10:06Bəzi yerlərdə leysan xarakterli yağış yağıb - Faktiki havaBu gün, 09:40İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edibBu gün, 09:14BDYPİ bayram günləri ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 09:11Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edibBu gün, 09:01Azərbaycanda Dövlət Bayrağı GünüdürBu gün, 08:58Anar Ələkbərov və Arzu Əliyevanın iştirakı ilə COP29-un keçiriləcəyi məkanda MEDİATUR - FOTO08 / 11 / 2024, 20:15“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır - FOTO08 / 11 / 2024, 19:35Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Azərbaycan Prezidentinə zəng edib08 / 11 / 2024, 18:07
Bütün xəbərlər