Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil" | 1news.az | Xəbərlər
Siyasət

Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"

16:49 - 08 / 10 / 2024
Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"

"Hakim şəxsiyyəti, hakimin fəaliyyəti kimi məsələlərdə çox ehtiyatlı davranılmalıdır.

Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli yolu ictimai müzakirə, yaxud sosial media deyil, bunun üçün daha yuxarı instansiyalar var".

1news.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, məhkəmə qətnaməsi, məhkəmə hökmü yalnız yuxarı instansiyalarda yoxlana, qiymətləndirilə bilər. Məhkəmə qərarlarına digər heç kim qiymət verə bilməz.

"Amma çox təəssüflər olsun ki, biz davam edən məhkəmə prosesi, yaxud prosesi aparan hakimlər barədə ayrı-ayrı qərəzli media orqanlarında, xüsusən Qərbin uzantıları funksiyasını yerinə yetirən media orqanlarında hakimə və məhkəmə prosesinə təzyiq xarakterli yazıların adi hal almasına şahidlik edirik. Xüsusən süni qaydada siyasiləşdirilən məhkəmə proseslərindən sonra məhkəmə, hakim haqqında ağlasığmaz iddia və ifadələr səslənir. Proses sonrası antimilli şouya çevrilir. Bu yolverilməzidir. Bilirsiniz, bu söz azadlığı ola bilməz, bu gün özünü demokratiyanın beşiyi hesab edən ölkələrdə, məsələn həımin media orqanların daim nümunə gətirdiyi ABŞ-də hər hansı jurnalist sərbəst formada məhkəmə prosesindən adi bir foto çəkə bilirmi? Yaxud bu özünə media deyən agentlərin ABŞ-də məhkəmə binası qarşısında Azərbaycanda yaratdıqları şounu təkrarlamağa imkanları olarmı?", - deyə deputat qeyd edib.

B.Məhərrəmov hesab edir ki, hakimlərin bu istiqamətdə müdafiəsinin güclənməsinə ehtiyac var: "Hakimin şəxsiyyətinin linç olunmasına imkan vermək olmaz. Məhkəmə prosesi və hakim hər cür hücumlardan təzyiqlərdən təsirlərdən kənar, rahat daxili inamını formalaşdırmaq imkanında olmalıdır".

Paylaş:
899

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir”Bu gün, 17:27Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim edilib - FOTOBu gün, 11:31Prime Cotton: Azərbaycanın pambıq sənayesində yeni ad - FOTO09 / 11 / 2024, 21:49Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı09 / 11 / 2024, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdi09 / 11 / 2024, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb09 / 11 / 2024, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTO09 / 11 / 2024, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”09 / 11 / 2024, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib09 / 11 / 2024, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİK09 / 11 / 2024, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib09 / 11 / 2024, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir09 / 11 / 2024, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib09 / 11 / 2024, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirib09 / 11 / 2024, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib09 / 11 / 2024, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?09 / 11 / 2024, 13:16Sabah hava necə olacaq? - Proqnoz09 / 11 / 2024, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdır09 / 11 / 2024, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 12:28
Bütün xəbərlər