Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru ilə görüş keçirilib

18:47 - 25 / 10 / 2024
Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru ilə görüş keçirilib

Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru ilə görüşdə ölkəmizdə iqtisadi inkişaf və artımın dəstəklənməsinə yönələn təşəbbüslər, vergi islahatları, "Yaşıl artım portalı" layihəsi və digər məsələlər müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla videokonfrans formatında görüşüb.

Görüşdə ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər, əmək bazarının leqallaşdırılması istiqamətində vergi inzibatçılığında aparılmış islahatlar barədə məlumat verilib. İslahatların əmək bazarına təsiri müzakirə edilib. “Growth Lab” Mərkəzinin Azərbaycanda çoxşaxəli və dayanıqlı iqtisadiyyatın təşviqinə dəstək göstərməkdə maraqlı olduğu bildirilib.

Mərkəz tərəfindən irəli sürülən və COP29 çərçivəsində təqdim ediləcək "Yaşıl artım portalı" layihəsi ilə tanış olunub. Portal “Growth Lab”ın “İqtisadi mürəkəbblik” metodologiyasına əsasən hər bir ölkəyə yaşıl inkişaf imkanlarını müəyyən etməyə şərait yaradacaq. Təşəbbüsün Azərbaycanın “yaşıl artım” istiqamətində cəhdlərinə töhfə olacağı vurğulanıb.

Tərəflər Harvard Universiteti ilə əməkdaşlığın gündəliyindəki digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:
208

Son xəbərlər

Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır” təlimi baş tutdu - FOTOBu gün, 10:55Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08
Bütün xəbərlər