Binəqədidə unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

15:24 - 02 / 11 / 2024
Binəqədidə unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 9 mkr, ev 10 ünvanında fəaliyyət göstərən “Bluebake” MMC-yə məxsus unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi, dondurucuda mal qonşuluğu prinsipinin pozularaq xammal və hazır məhsulların birlikdə saxlanıldığı, hazırlanan tortların və dondurulmuş qidaların üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı, qablaşdırma materiallarının və xammalların saxlanılması, eləcə də kremlərin hazırlanması, biskvitlərin bişirilməsi, qidaların donunun açılması və qabların yuyulması üçün ayrıca sahənin təşkil edilmədiyi, işçi heyətin gigiyenik təlimlərə cəlb olunmadığı, havalandırma sisteminin qurulmadığı, qida məhsullarının birbaşa döşəmə üzərində saxlanıldığı və digər nöqsanlar aşkarlanıb.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılmasına, unlu və kremli qənnadı məmulatlarının istehsalına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
302

Son xəbərlər

“NEQSOL Holding” COP29-da uğurla iştirak edib - FOTOBu gün, 17:51Almandilli ölkələrin turizm şirkətlərinin Azərbaycana səfəri təşkil edilibBu gün, 17:45“Nar”ın dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı üzrə beynəlxalq simpozium keçirilib - FOTOBu gün, 17:31ABŞ-nin Qafqaz üzrə baş müşaviri Lui Bono Azərbaycanda səfərdədirBu gün, 17:29Bakının bəzi ərazilərində avtobus zolaqlarının qüvvədə olduğu müddətlə bağlı nişanlar quraşdırılıb - FOTOBu gün, 17:15Ceyhun Bayramov III Avropa Azərbaycanşünaslıq Konfransında çıxış edib - YENİLƏNİBBu gün, 17:09Küləyin sürəti saniyədə 28 metrə çatacaq - Hava XƏBƏRDARLIĞIBu gün, 16:44ABB səhmdarları ilk dəfə elektron qaydada səs verəcəklərBu gün, 16:39Qalaaltı Hotel & SPA-da unudulmaz Yeni il qeyd edin - FOTOBu gün, 16:19Şövkət Ələkbərovanın ifa etdiyi dörd mahnının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alınıb - SİYAHIBu gün, 16:05Elnur Məmmədov Blinkenin köməkçisinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edibBu gün, 15:44Ali Məhkəmənin hakimi İlqar Hüseynov təqaüdə yola salındı - FOTOBu gün, 15:33Bakının bəzi ərazilərində su olmayacaqBu gün, 15:21Davamlı və etibarlı yeni HONOR X9c smartfonu - FOTOBu gün, 15:05TBMM-nin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana gəlib - FOTOBu gün, 15:03Musiqi müəllimlərinin attestasiya imtahanlarının detalları açıqlanıb - FOTOBu gün, 14:50Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcəkBu gün, 14:41MDB regionu üzrə turizm əlaqələri müzakirə edilibBu gün, 14:02Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edibBu gün, 13:48Sahibsiz heyvanlar qatarların hərəkətinə təhlükə yaradır - ADY-dən ÇAĞIRIŞBu gün, 13:35
Bütün xəbərlər