Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Azərbaycan Prezidentinə zəng edib | 1news.az | Xəbərlər
Siyasət

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Azərbaycan Prezidentinə zəng edib

18:07 - 08 / 11 / 2024
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Azərbaycan Prezidentinə zəng edib

Noyabrın 8-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Özgür Özəl Azərbaycanın ərazi bütövlüyünün bərpası, 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb, Vətən uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərə Allahdan rəhmət diləyib.

“Qarabağın azad olunmasına öz torpaqlarımızın azad olunması qədər sevindik”, - deyən partiya sədri Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” ifadəsini xatırladıb.

Özgür Özəl Cümhuriyyət Xalq Partiyasının Avropa Şurası Parlament Assambleyasında və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini diqqətə çatdırıb.

Dövlət başçısı telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, əvvəllər müəyyən yanlışlıqlar olub, amma bunlar keçmişdə qalıb. Dövlət başçısı Yeni Azərbaycan Partiyası ilə CHP arasında əməkdaşlığın müsbət istiqamətdə cərəyan etdiyini vurğulayıb.

Paylaş:
179

Son xəbərlər

“NEQSOL Holding” COP29-da uğurla iştirak edib - FOTOBu gün, 17:51Almandilli ölkələrin turizm şirkətlərinin Azərbaycana səfəri təşkil edilibBu gün, 17:45“Nar”ın dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı üzrə beynəlxalq simpozium keçirilib - FOTOBu gün, 17:31ABŞ-nin Qafqaz üzrə baş müşaviri Lui Bono Azərbaycanda səfərdədirBu gün, 17:29Bakının bəzi ərazilərində avtobus zolaqlarının qüvvədə olduğu müddətlə bağlı nişanlar quraşdırılıb - FOTOBu gün, 17:15Ceyhun Bayramov III Avropa Azərbaycanşünaslıq Konfransında çıxış edib - YENİLƏNİBBu gün, 17:09Küləyin sürəti saniyədə 28 metrə çatacaq - Hava XƏBƏRDARLIĞIBu gün, 16:44ABB səhmdarları ilk dəfə elektron qaydada səs verəcəklərBu gün, 16:39Qalaaltı Hotel & SPA-da unudulmaz Yeni il qeyd edin - FOTOBu gün, 16:19Şövkət Ələkbərovanın ifa etdiyi dörd mahnının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alınıb - SİYAHIBu gün, 16:05Elnur Məmmədov Blinkenin köməkçisinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edibBu gün, 15:44Ali Məhkəmənin hakimi İlqar Hüseynov təqaüdə yola salındı - FOTOBu gün, 15:33Bakının bəzi ərazilərində su olmayacaqBu gün, 15:21Davamlı və etibarlı yeni HONOR X9c smartfonu - FOTOBu gün, 15:05TBMM-nin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana gəlib - FOTOBu gün, 15:03Musiqi müəllimlərinin attestasiya imtahanlarının detalları açıqlanıb - FOTOBu gün, 14:50Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcəkBu gün, 14:41MDB regionu üzrə turizm əlaqələri müzakirə edilibBu gün, 14:02Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edibBu gün, 13:48Sahibsiz heyvanlar qatarların hərəkətinə təhlükə yaradır - ADY-dən ÇAĞIRIŞBu gün, 13:35
Bütün xəbərlər