Azərbaycan Prezidenti İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB

17:17 - Bu gün
Azərbaycan Prezidenti İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi ilə görüşüb.

1news.az xəbər verir ki, Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi COP29-un mükəmməl səviyyədə keçirilməsinə və yüksək təşkilatçılığa görə təbriklərini çatdırdı. Yəmənin vitse-prezidenti vurğuladı ki, Azərbaycanın bu uğuru bütün İslam dünyasının uğurudur. O, bu günlərdə dünyanın hər yerindən xeyli sayda nümayəndələrin, dövlət və hökumət başçılarının Azərbaycana gəlməsini mühüm hadisə kimi qiymətləndirdi, COP29-da böyük nəticələrin əldə olunduğunu vurğuladı.

Qonaq Bakı şəhərinin gözəlliyinin onları valeh etdiyini dedi.

Abdulla Al-Alimi torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. O, yəmənli tələbələrin hələ sovetlər dövründə Azərbaycanda təhsil aldıqlarını xatırladaraq, bu ənənələrin davam etdirilməsini xahiş etdi.

Dövlətimizin başçısı xoş sözlərə və təbriklərə görə təşəkkürünü bildirdi, COP29-un Azərbaycanda uğurla keçirilməsinin bizim müştərək uğurumuz olduğunu dedi.

Prezident İlham Əliyev işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində maddi mədəniyyət irsimizi, o cümlədən İslam dininə aid olan müqəddəs ibadətgahlarımızı, ocaqlarımızı darmadağın etdiyini, məscidlərdə donuz saxladıqlayaraq təhqirlərə məruz qoyduğunu bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib və Ermənistanın bu işğalına son qoyub.

Görüşdə İslam həmrəyliyinin vacibliyinə toxunuldu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olundu, Azərbaycan ilə Yəmənin daim bir-birinin yanında olduqları vurğulandı, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

14:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi ilə görüşüb.

1news.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Paylaş:
92

Son xəbərlər

Bakıda Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilibBu gün, 17:45Dini Komitənin sədri Şirvanda vətəndaşları qəbul edibBu gün, 17:42Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşübBu gün, 17:36Azərbaycan Respublikasının Prezidenti Maldiv Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 17:34Azərbaycan Prezidenti İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 17:17Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİBBu gün, 17:14İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 16:51RİNN və AİB Bakı metropoliteni şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə əməkdaşlıq edəcəkBu gün, 16:33Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılırBu gün, 16:25Muxtar Babayev: “Azərbaycan buzlaqların mühafizəsi və su ehtiyatlarının davamlı idarəsinə sadiqliyini bəyan edir”Bu gün, 16:10Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib - YENİLƏNİBBu gün, 16:03Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilibBu gün, 15:50Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşübBu gün, 15:48İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 15:39Dövlət başçısı Nepal Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 15:29İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 14:25Əli Əsədov ilə OPEC-in Beynəlxalq İnkişaf Fondunun prezidenti arasında görüş keçirildiBu gün, 14:05ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 50 milyon dollarlıq anlaşma imzalandı! - FOTOBu gün, 13:58COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki roluna dair tədbir keçirilib - FOTOBu gün, 13:45Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:35
Bütün xəbərlər