Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb

Qafar Ağayev13:43 - 28 / 11 / 2024
Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb

Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı qeydə alınıb.

1news.az xarici KİV-lərə isyinadən xəbər verir ki, Seulda qar örtüyünün qalınlığı 16,5 sm-ə çataraq 1972-ci ildəki 12,4 sm-lik rekordu yeniləyib.

Gvanak bölgəsində qar qalınlığı 40,2 sm, Seonqbuk bölgəsində isə 27,1 sm olub.

Güclü qar səbəbindən Pyeonqtekdə çökmüş tikili altında bir nəfər, avtomobil dayanacağında tentə altında isə başqa bir nəfər dünyasını dəyişib.

Təbiət hadisəsi nəticəsində indiyədək ümumilikdə, 5 nəfərin öldüyü bildirilib.

Voncu şəhərində yolun buzlanması nəticəsində 53 avtomobilin toqquşduğu qəza baş verib, 11 nəfər yaralanıb. Yollarda hərəkət çətinləşib, bəzi avtomobillər hərəkətsiz qalıb.

Paylaş:
1042

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər