Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak oldu | 1news.az | Xəbərlər
Dünya

Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak oldu

Qafar Ağayev13:54 - 02 / 12 / 2024
Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak oldu

ABŞ, Fransa, Almaniya və İngiltərə birgə bəyanatla "gərginliyin azaldılması" çağırışı edib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bəşəd Əsəd rejiminə aid Su-22 qırıcı təyyarəsi İdlib şəhər mərkəzinə hava hücumu təşkil edib, nəticədə 3 nəfər həlak olub. Heyət Təhrir əş-Şamın rəhbərlik etdiyi silahlı qruplar Hələbdə nəzarəti ələ keçirib və Hama istiqamətində irəliləyir.

Cavab olaraq Rusiya və Suriya ordusu bölgədə hava hücumlarını artırır. Hadisələrin inkişafı diqqətlə izlənilir.

Paylaş:
587

Son xəbərlər

Bütün xəbərlər