Co Bayden oğlunu əfv edib | 1news.az | Xəbərlər
Dünya

Co Bayden oğlunu əfv edib

Qafar Ağayev09:25 - 02 / 12 / 2024
Co Bayden oğlunu əfv edib

ABŞ Prezidenti Co Bayden oğlu Hunter Baydeni əfv edib.

1news.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Bayden bəyanatında bildirib:
"Bu gün oğlum Hunter üçün əfv imzaladım. Prezidentliyə başladığım gündən Ədliyyə Departamentinin qərarlarına müdaxilə etməyəcəyimi demişdim. Lakin oğlumun ədalətsiz şəkildə mühakimə olunmasını müşahidə etdiyim halda belə sözümə sadiq qaldım. Hunterə qarşı fərqli münasibət bəsləndiyi açıq-aşkardır. Ona qarşı irəli sürülən ittihamlar yalnız Konqresdəki bəzi siyasi rəqiblərimin mənə hücum etmək və yenidən seçilməyimə mane olmaq məqsədi güddüyü vaxtdan sonra ortaya çıxdı".

Xatırladaq ki, Hunter Bayden vergidən yayınma ilə bağlı irəli sürülən 9 ittiham üzrə məhkəmə tərəfindən təqsirli bilinmişdi.

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər