Bu ilin 11 ayında Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəlib? - STATİSTİKA
Bu ilin 11 ayının statistikasına əsasən 2 412 000-dən çox xarici vətəndaş ölkəmizə gəlib və bu rəqəm ötən illə müqayisədə 27% artım deməkdir.
Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, cari dövr üçün ilk 10-luqda Rusiya, Türkiyə, Hindistan, İran, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Pakistan, Çin, Özbəkistan, BƏƏ kimi ölkələr sıralanır.
82