Şimali Koreya sükutu pozdu - Yapon dənizi istiqamətində raket buraxdı | 1news.az | Xəbərlər
Dünya

Şimali Koreya sükutu pozdu - Yapon dənizi istiqamətində raket buraxdı

Qafar Ağayev09:38 - 06 / 01 / 2025
Şimali Koreya sükutu pozdu - Yapon dənizi istiqamətində raket buraxdı

Şimali Koreya, Yapon dənizi istiqamətində orta mənzilli ballistik raket sınağı həyata keçirdi.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yaponiyanın Müdafiə Nazirliyi raketin yerli vaxtla saat 12:05-də buraxıldığını və 12:12-də ölkənin iqtisadi zonasından kənara düşdüyünü açıqladı. Hadisə ilə bağlı hökumət həyəcan halına keçib və araşdırmalar davam edir.

Cənubi Koreya Baş Qərargahı sınağı təsdiqləyərək raketin orta mənzilli olduğunu bildirib.

Bu addım, ABŞ-də hakimiyyəti devralmağa hazırlaşan Donald Tramp hökumətinə gözdağı kimi qiymətləndirilir. Hadisənin ABŞ Dövlət katibi Antoni Blinkenin Cənubi Koreyada olduğu bir dövrdə baş verməsi diqqət çəkib.

Qeyd edək ki, Şimali Koreya bundan əvvəl raket sınağını ötən il noyabrın 5-də həyata keçirmişdi.

Paylaş:
181

Son xəbərlər

Bütün xəbərlər