Zelenski: “Bu müharibəni bitirmək üçün hər şeyi edəcəyik” | 1news.az | Xəbərlər
Dünya

Zelenski: “Bu müharibəni bitirmək üçün hər şeyi edəcəyik”

Qafar Ağayev10:15 - 19 / 02 / 2025
Zelenski: “Bu müharibəni bitirmək üçün hər şeyi edəcəyik”

"Müharibənin sona çatması üçün bütün imkanları dəyərləndirməyə hazırıq".

1news.az xəbər verir ki, bu sözləri ötən gün Türkiyədən getmədən əvvəl Ankarada hava limanında media nümayəndələrinin suallarını cavablayan Volodimir Zelenski deyib.

O, müzakirələrin yalnız güclü təhlükəsizlik zəmanətləri və açıq ünsiyyət əsasında aparılmalı olduğunu vurğulayıb.

“Məhz bu səbəbdən, əgər Rusiya Prezidenti Vladimir Putin danışıqlar masasında müharibəyə qayıtmaq istəsə, onu dayandıra biləcək insanlar olmalıdır. Biz yalnız sözlər deyil, konkret təhlükəsizlik zəmanətləri tələb edirik. Belə bir dialoqa hazırıq, çünki diplomatiyanın nə olduğunu bilirik,” – deyə Zelenski bildirib.

Bununla yanaşı, Ukrayna lideri Putinlə danışmaqdan məmnun olmadığını, lakin sülh naminə bunu etməyə hazır olduqlarını qeyd edib.

“Biz düşmənik və düşmənçiliyimiz davam edir. Ancaq bu müharibəni bitirmək üçün hər şeyi edəcəyik. Hər şey tərəfdaşlar arasında açıq ünsiyyətlə həyata keçirilməlidir. Biz şahmat oynaya bilmərik, çünki bu oyunda hər bir addım bəzən onlarla, bəzən yüzlərlə, bəzən isə minlərlə insanın həyatına səbəb olur” – deyə Zelenski əlavə edib.

Paylaş:
150

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

20 / 02 / 2025, 17:05
Bütün xəbərlər