Almaniyada parlament seçkilərinin qalibi bəlli olub | 1news.az | Xəbərlər
Dünya

Almaniyada parlament seçkilərinin qalibi bəlli olub

Qafar Ağayev08:59 - Bu gün
Almaniyada parlament seçkilərinin qalibi bəlli olub

Ötən gün Almaniyada keçirilən növbədənkənar Bundestaq (parlament) seçkilərində Xristian Demokrat və Xristian Sosial İttifaqları (XDİ/XSİ) bloku təxminən 29 faiz səs toplayaraq qalib gəlib.

1news.az-ın məlumatına görə, bu barədə "ARD" telekanalının sifarişi ilə keçirilən "exit-poll"un nəticələrində bildirilib.

Tarixdə ilk dəfə olaraq ikinci yeri "Almaniya üçün Alternativ" partiyası tutub. 2021-ci il seçkiləri ilə müqayisədə səs payını təxminən iki dəfə artıran bu partiya 19,5 faiz səs qazanıb.

Almaniya kansleri Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası isə cəmi 16 faiz səs toplayaraq üçüncü yerdə qərarlaşıb. Bu, partiya tarixində ən zəif nəticə kimi qeydə alınıb.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər