Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

14:20 - 27 / 02 / 2025
Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycana rəsmi səfərə gəlib.

1news.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
617

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

24 / 03 / 2026, 13:31
Bütün xəbərlər