Bakıda qarla əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qarla əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Qafar Ağayev09:00 - 27 / 02 / 2025
Bakıda qarla əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Fevralın 19-dan etibarən Bakı şəhərinə intensiv qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdirirlər.

1news.az xəbər verir ki, fevralın 26-sı gecə saatlarından yağan qarın daha da güclənməsi ilə əlaqədar operativ tədbirlər görülməkdədir.

Bununla bağlı gecədən xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib və bu işlər gün ərzində davam etdirilir. Qardan təmizləmə işləri ətraf qəsəbə yollarında da aparılır.

Gün ərzində kommunal xidmətlərin əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini davam etdirirlər.

Paylaş:
275

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər