Bu gün ikinci Qədr gecəsidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün ikinci Qədr gecəsidir

16:59 - 20 / 03 / 2025
Bu gün ikinci Qədr gecəsidir

Bu gün Azərbaycanda ikinci Qədr (əhya) gecəsidir.

1news.az xəbər verir ki, ikinci Qədr gecəsi martın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.

Üçüncü Qədr gecəsi martın 22-si, sonuncusu isə 26-da olacaq.

Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Xatırladaq ki, martın 30-u Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.

Paylaş:
69

Son xəbərlər

Bu gün ikinci Qədr gecəsidir

20 / 03 / 2025, 16:59

Sabahın hava proqnozu

20 / 03 / 2025, 13:42
Bütün xəbərlər