Liviya Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Liviya Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib

15:19 - 26 / 03 / 2025
Liviya Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl - Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.

Bayramınız mübarək!".

Paylaş:
153

Son xəbərlər

Bütün xəbərlər