Azərbaycan Mədəniyyət Mərkəzinin heyəti Nizami adını Daşkənd Dövlət Pedaqoji Universitetində olublar

Nizami adını Daşkənd Dövlət Pedaqoji Universitetinin dəvəti ilə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin heyəti Universitetə səfər edib.
1news.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin heykəlinin qarşısında gül dəstələri düzüb, universitetin tarixi haqqında məlumat əldə edib, fəaliyyəti ilə tanış olublar.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Nizami adını Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqaffar Qırğızbayev arasında keçirilən görüşdə Azərbaycan və Özbəkistan arasında genişlənən mədəni-humanitar əlaqələrdən danışılıb. Həmçinin vurğulanıb ki, iki ölkə liderlərinin səmimi və dostluq dialoqu əməkdaşlığın möhkəmlənməsinə böyük təkan verir.
Görüşün sonunda tərəflər qarşılıqlı olaraq xatirə hədiyyələrini təqdim ediblər.



