Prezident: Azad edilmiş ərazilərdə 40 mindən çox insan yaşayır və çalışır

“Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır”.
1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında yeni mənzillərə köçən sakinlərlə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, ilin sonuna qədər də təqribən 30 min, 40 min qayıtmalıdır.
“İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız, - deyə Prezident vurğulayıb.
116