Türkiyənin Daxili işlər naziri: İmamoğlunun həbsi ilə bağlı etirazlarda 1879 nəfər saxlanılıb

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsi ölkə miqyasında geniş etirazlara səbəb olub.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, aksiyalar zamanı saxlanılanlar və həbs edilkənlər var.
Türkiyənin Daxili işlər naziri Ali Yerlikayanın açıqlamasına görə, müxtəlif şəhərlərdə və tarixlərdə keçirilən aksiyalar zamanı ümumilikdə 1 879 nəfər saxlanılıb, onlardan 879 nəfəri isə həbs edilib.
Nazir, Əkrəm İmamoğlunun həbsi ilə bağlı baş verən etiraz aksiyalarında 150 polisin yaralandığı bildirilib.
98